Prezidentin köməkçisi media və QHT rəhbərləri ilə niyə görüşüb? - Açıqlama
29-08-2020 [16:42]
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV və QHT rəhbərləri ilə keçirilən görüşlərin məqsədini açıqlayıb.
H. Hacıyev bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi olaraq ictimaiyyət nümayəndələri ilə keçirilən görüşləri çox yüksək qiymətləndirir: “Prezidentin köməkçisi olaraq çox böyük şərəf hissi ilə mən də istər onlayn, istərsə də çap mediasının nümayəndələri ilə bu görüşləri keçirdik. Azərbaycan mediasının gələcəkdə daha da inkişafı ilə bağlı fikir mübadiləsi apardıq. Düşünürük ki, məsuliyyətli və peşəkar medianın inkişafı qarşımızda duran əsas məsələlərdən biridir. Ona görə də media kapitanları ilə bu mövzuda operativ müzakirələrimiz oldu”.
Azərbaycan Prezidentinin köməkçisi vətəndaş cəmiyyəti təsisatları ilə də fikir mübadiləsi aparıldığını nəzərə çatdırıb: “Dövlət başçısı hər bir ictimai çıxışında vətəndaş cəmiyyəti təsisatlarının ölkəmizin ictimai həyatında rolunun daha da artırılması, ictimai nəzarətin gücləndirilməsi kimi məsələləri qeyd edir. Bu xüsusda da biz müxtəlif sahələrdə fəaliyyət göstərən QHT-lərlə birinci ictimai liderlər platformasında görüşdük. Daha sonra əlillər, şəhidlər, Qarabağ qaziləri ilə əlaqədar sahələrdə, o cümlədən beynəlxalq sahədə fəaliyyət göstərən QHT təmsilçiləri ilə görüşümüz oldu. Bu görüşdə də dövlətimizin QHT sektorundan fəal çalışması ilə bağlı gözləntilərini, vətəndaş cəmiyyəti təsisatlarının fikirlərini, rəylərini, onlar tərəfindən qaldırılan problemləri də dinlədik. Bu qəbildən olan dialoqlar dövlətimizin başçısı tərəfindən qoyulan tapşırıqlara uyğun olaraq həyata keçirilir. Dövlət başçısı Milli Məclisdə çıxışında da ictimai-siyasi münasibətlər kontekstində yeni bir konfiqurasiyanın yaradılmasını xüsusi qeyd edib. Bundan da çıxış edərək bizim media nümayəndələri və QHT təmsilçiləri ilə fikir mübadiləmiz olub. Bu, davamlı bir xarakter alacaq”.
H. Hacıyev deyib ki, görüşlərdə media təmsilçiləri də qeyd edib ki, məsuliyyətli və peşəkar Azərbaycan jurnalistikasının ənənələrinin təkrarən qaytarılması, peşəkar və məsuliyyətli mediamızın daha da gücləndirilməsinə ehtiyac var: “Gərək bu istiqamətdə birgə səylərimizi dava etdirək”.
H. Hacıyev QHT və media təmsilçiləri ilə görüşlərinin Azərbaycan Prezidentinin köməkçisi statusunda keçirildiyini söyləyib: “Prezidentin köməkçisi olmaq hər birimiz üçün böyük şərəf və etimaddır. Biz fəaliyyətimizdə də bu etimadı doğrultmağa çalışırıq. Ona görə də Prezidentin köməkçisi olaraq QHT və media mənsubları ilə bu görüşləri keçiririk. Bir amili də qeyd etmək istərdim. Uzun müddət media sahəsində fəaliyyət göstərmiş bir insan kimi mediaya qayğını çox yaxşı başa düşürəm. Mən media kapitanlarının hər biri ilə görüşdə bu məsələni – jurnalistlərin sosial təminatının yaxşılaşdırılmasını xüsusi olaraq qaldırıram. Mən redaktorlardan dostcasına da xahiş edirəm ki, jurnalistlərə qayğı və sosial dəstəyin daha da artırılması, onlara təlimlərin keçirilməsi məsələlərini diqqətdə saxlasınlar. Bu sahədə işlərimizi daha da artırmalıyıq”/APA.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub