"Necə ola bilər ki, Ombudsman fəaliyyətini dondursun?” - Səbinə Əliyevadan reaksiya

img

28-08-2020 [15:37]


“Ombudsman Aparatı işini davam etdirir. Necə ola bilər ki, Ombudsman fəaliyyətini dondursun?!”.

Mia.az xəbər verir ki, bu fikirləri Modern.az-a Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva mətbuatda fəaliyyətini dondurulması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Ombudsman elə bu gün rəsmi görüşdən çıxdığını da bildirib: “Bir neçə saat bundan qabaq Avropa İttifaqının nümayəndələri ilə onlayn görüşümüz olub. Görüş az öncə bitib. Fəaliyyətimizi davam etdiririk".


Digər xəbərlər
SON XƏBƏRLƏR