LUKAŞENKO AVROPAYA MEYDAN OXUDU: "İndi də sağ qalacağıq, biz "alovlanarıqsa"..."

img

28-08-2020 [15:23]


Belarus Prezidenti Aleksandr Lukaşenko bəzi ölkələr tərəfindən tətbiq olunacaq sanksiyalara sərt cavab veriləcəyini bəyan edib.

Bu barədə o, bu gün “Savuşkin-Orşa” MMC-də görüş zamanı bildirib.

“Onlar unudublar ki, Belarus nədir və fikirləşiblər ki, bizi diz çökdürmək, tanklarla, raketlərlə qorxutmaq olar. Baxarıq, hələ kim kimi qorxudacaq. Biz sanksiyaların nə olduğunu onlara göstərərik”, - deyə  Belarus lideri vurğulayıb.

Lukaşenko əmin olduğunu bildirib ki, ölkəsi sanksiyalara sinə gərəcək.

O, Belarusun bundan əvvəl də sanksiyalardan keçdiyini xatırladıb: “Sağ qalmışıq. İndi də sağ qalacağıq. Dünya mərhəmətli insanlardan xali deyil. Buna görə də bizi qorxutmağa ehtiyac yoxdur”.

Lukaşenko xəbərdarlıq edib ki, ölkə xaricində fikirləşməlidirlər ki, Belarus “alovlansa”, Avropa nəyə çevriləcək/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR