Cəbrayıl polisi 3 kiloqramdan artıq heroin aşkarladı

img

28-08-2020 [10:41]


Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosuna verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli şəhər sakini N.Fəttahlının idarə etdiyi “VAZ 21093” markalı avtomobil saxlanılaraq şöbəyə gətirilib. Həmin avtomobildə sərnişin qismində olan K.Məhərrəmovun əl çantasına baxış zamanı oradan 3 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı K.Məhərrəmovun həmin narkotik vasitəni İran vətəndaşı Nadir adlı şəxsin vasitəsilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR