Tələbələrə təhsil haqlarına güzəşt olunmayacaq - Nazir nöqtəni qoydu

img

27-08-2020 [17:45]


"Hazırda ölkədə 176 min tələbədən 113 mini ödənişli təhsil alır".

Bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib. 

Nazir bildirib ki, 15 209 tələbənin təhsil haqları dövlət tərəfindən ödənilir: "Güzəştlərin olması ehtiyac meyarı üzərindən olmalıdır. Hamıya güzəştin edilməsi mümkün deyil".

Xatırladaq ki, ekspertlər dərslərin onlayn qaydada keçirilməsini nəzərə alaraq, təhsil haqlarının yarıbayarı azaldılmasının zəruri sayırlar.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR