DƏRSLƏRLƏ BAĞLI RƏSMİ QƏRAR VERİLDİ - Nazir detalları açıqladı

img

27-08-2020 [17:33]


"Məktəbəhazırlıq və icma əsaslı məktəbəqədər tədrisin oktyabrın 1-də həftədə iki dəfə olmaqla başlaması planlaşdırılır".

Mia.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

"Prosesin noyabr ayının 2-nə kimi davam etməsi nəzərdə tutulur", - deyən nazir bildirib ki  sentyabrın 15-dən I-IV siniflər üçün ənənəvi qaydada dərslər başlayacaq: "Dərslərin həftədə 2-3 dəfə olması təklif edilir. V-IX siniflərdə isə tədris distant tətbiq olunacaq.

X-XI siniflər üçün əyani dərs oktyabrın 1-dən başlaması düşünülür. Həmin müddətdən sonra 1 milyon 300 min şagirdin məktəbə qaytarılması mümkün ola bilər. Bununla yanaşı, oktyabrın 1-dən V-IX siniflərin mərhələlərlə məktəbə əyani şəkildə gəlməsini planlaşdırırıq. Situasiyadan asılı olaraq, 2 və ya 3 dəfə”.

Emin Əmrullayev deyib ki, burada ölkə üzrə əlavə olaraq 737 min şagirddən söhbət gedir: "Bakı şəhəri üzrə bu rəqəm 286 mindir. Beləliklə, artıq hər şey yaxşı gedərsə və epidemioji vəziyyət imkan verərsə oktyabrın 1-ə 1 milyon 300 min şagirdi uyğunlaşdırılmış proqramlarla hissə-hissə məktəbə qaytarmağı planlaşdırırıq. Bununla yanaşı əgər yenə də hər şey yaxşı gedərsə 15 oktyabrdan 10 və 11-ci siniflərin məktəblərə qayıtmasını planlaşdırırıq”.

***

"Məktəbəhazırlıq və icma əsaslı məktəbəqədər tədrisin oktyabrın 1-də həftədə iki dəfə olmaqla başlaması planlaşdırılır".

Bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

"Prosesin noyabr ayının 2-nə kimi davam etməsi nəzərdə tutulur", - nazir əlavə edib.

E.Əmrullayev qeyd edib ki, sentyabrın 15-dən I-IV siniflər üçün ənənəvi qaydada dərslər başlayacaq:

"Dərslərin həftədə 2-3 dəfə olması təklif edilir. V-IX siniflərdə isə tədris distant tətbiq olunacaq.

X-XI siniflər üçün əyani dərs oktyabrın 1-dən başlaması düşünülür. Həmin müddətdən sonra 1 milyon 300 min şagirdin məktəbə qaytarılması mümkün ola bilər"/Report.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR