“Haradan işıq gəlir, ora barmaq dürtürsünüz..." - Deputat Səfər Mehdiyevi "xalqın qənimi" adlandırdı
27-08-2020 [17:21]
“Bu o deməkdir ki, cənab Prezident müşavirədə desin ki, Gömrük komitəsi daha çox vergi toplayıb. Sizin döşünüzə bir medal taxsınlar, vəzifənizi böyütsünlər”.
Bunu sözləri Mia.az-a Dövlət Gömrük Komitəsinin müzakirəyə səbəb olan, ictimai qınaqla qarşılanan qərarına münasibət bildirən Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.
Razi Nurullayev istehza ilə bildirib ki, gömrük komitəsinin gətirdiyi arqumentlər o qədər sağlam və cəlbedicidir ki, adam istəyir, Səfər müəllimə heykəl qoysun:
“Deyir ki, "biz Avropa İttifaqı ölkələrində olduğu kimi, şəxsi istehlak üçün gətirilən malların istehlak bazarına daxil olmasının qarşısının alınması ilə bağlı yeni mexanizm hazırlanmasını təklif edirik". Səfər müəllim siz zəhmət olmasa birinci Azərbaycan xalqına Avropa İttifaqında olduğu kimi yaşayış, əmək haqqı, səhiyyə, təhsil və sosial hüquqlar təmin edin və sonra onlara oxşamağa çalışın.
1500 dollarlıq aylıq limit 800 dollara, poçt xidmətləri ilə birdəfəlik sifarişi 1000 dollardan 300 dollara endirmisiniz.
Səhv etmirəmsə, 2014-cü ildə Prezident sərəncam verdi və ölkəyə gətirilən məhsulların məbləği 10 min manata qaldırıldı. Hamı bayram etdi ki, dolanışıq olacaq. Üstündən iki ay keçməmiş, manatı sizin kimi düşüncə sahibləri məhv etdi. Oğurluqlar milyardlarla ölçülürdü və nəticədə manat can verdi. Məcburən iki ay öncə verilmiş Prezident sərəncamı dəyişdirldi. İnsanların ümidi qırıldı, gələcəyə inamı öldü. Siz isə ağır vəziyyəti daha da ağırlaşdırısınız, köhnə yaranı didib qan çıxarırsınız. Nədir, xalqa qənim kəsilmisiniz?
Camaatın başı xarab olub ki, gedib İrandan, Türkiyədən, Gürcüstandan və Rusiyadan ərzaq alır, maşın alır, digər ehtiyacları olan məhsul və avadanlıqları alıb gətirir?”.
Komitə sədrinə sual ünvanlayan deputat bildirib ki, əgər vətəndaş öz ölkəsində onları ucuz ala bilsəydi, dolanışığı olsaydı, sərhədlərdə növbəyə dayanıb, gömrük işçiləri ilə sözləşə-sözləşə, şəxsiyyətini, ləyaqətini alçalda-alçalda mal gətirməz: “Sən ona ləyaqətli yaşayış təmin et, o gedib sərhədlərdə növbəyə dayanmayacaq. Sizin və sizin kimi düşünənlərin məqsədi ölkədə narazılıqları artırmaqdır, insanları narazı salmaqdır.
Məşhur anekdotda deyildiyi kimi, "...mal həmin maldır, amma sənəd-sünəd işi çoxalıb". Kim 15 telefon gətirirdisə, yenə də 15 telefon gətirəcək. Əvvəl özünün və həyat yoldaşının adına rəsmiləşdirirdi, indi 15 nəfər qohum-əqrabasının adına sənədləşdirəcək. Yəni sənəd-sünəd işi artıb, Səfər müəllim”.
“Haradan işıq gəlir, ora barmağ dürtürsünüz” deyən deputat, Norveçdə siqaret çox bahadır, Norveçlilər də gedib qonşu ölkələrdən alırlar deyə bildirib:
“İndi qanunsevər, demokratik Norveç sərhədlərdə gestapo yaratsın ki, norveçlilər siqaret alıb gətirə bilməsinlər? Onların ağlına gəlməz, çünki onlar vətəndaşı düşünürlər, sizlər isə ancaq özünüzü, karyeranızı.
Bu o deməkdir ki, cənab Prezident müşavirədə desin ki, Gömrük Komitəsi daha çox vergi toplayıb. Sizin döşünüzə bir medal taxsınlar, vəzifənizi böyütsünlər. Ay qardaş, ay dostum, əzizim, iki gözüm, Prezident demir e, gedin camaat üçün gələn işıq yerlərini qapadın, onu daha da kasıblaşdırıb, büdcəni doldurun, pul qazanmağa qoymayın, qazandığını da müxtəlif əndrabadi qanunlarla tutub əlindən alıb narazı salın. Siz niyə hər şeyi tərsinə başa düşürsünüz? Çünki, sizə elə sərf edir, ancaq bu!
Başqa ölkələri niyə misal çəkirsiniz? Onda vətəndaşlar da desin ki, o ölkələrdə səhiyyə pulsuzdur, 50,000-70,000 manatlıq cərrahi əməliyyatlar pulsuzdur, kredit alanda rüşvət vermirlər, mal keçirəndə əziyyət çəkmirlər, vəzifəyə qohum-əqrabalarını dartıb gətirmirlər, 1000 manat maaş alıb, 300,000 minlik maşın sürmürlər, 2000 manat maaş alıb, 15 milyonluq ev almırlar, əmək haqqı ilə zavod, fabrik sahibi olmurlar, evlərində qızıldan, gümüşdən tökülmüş unitaza oturmurlar. Siz kimə moizə oxuyursunuz? Bəsdirin, siz Allah!”
Deputat sonda qətiyyətlə bildirib ki, qərar ləğv edilməlidir:
“İnandığım budur ki, bu qərar ləğv edilməlidir. Həm də tez və təcili! İnanıram ki, dövləti, Azərbaycanı və vətəndaşlarımızı sevənlər də bu çağırışı dəstəkləyəcəklər”.
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib