Hərbçilərin girov götürdüyü Prezident sərbəst buraxıldı

img

27-08-2020 [16:28]


Hərbi çevriliş zamanı ələ keçirilən Mali prezidenti İbrahim Bubakar Keyta qiyamçılar tərəfindən sərbəst buraxılıb.

"Jeune Afrique” portalı xəbər verir ki, bu barədə məlumatı prezidentin ailəsi verib.

Xatırladaq ki, avqustun 18-də Qərbi Afrika ölkəsi olan Malinin paytaxtı Bamako yaxınlığında hərbçilər qiyam qaldırıblar. Mali Silahlı Qüvvələrinin Baş Qərargahı Kati bazasındakı hərbi məktəbin keçmiş direktoru, polkovnik Sadio Camaranın rəhbərlik etdiyi Milli Qvardiya əsgərlərinin nəzarəti altındadır. Paytaxt Bamakoda bütün dövlət qurumları, idarələri və banklar bağlanıb.

Qiyamçılar paytaxt Bamakoda ölkə prezidenti İbrahim Bubakar Keytanı və baş nazir Bubu Sisseni həbs etdiklərini açıqlamışdılar.

İbrahim Bubakar Keyta isə qiyamçılar tərəfindən tutulduqdan bir gün sonra (avqustun 19-da) vəzifəsindən istefa verib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR