Azərbaycanda daha 137 nəfər koronavirusa  yoluxdu, 2 nəfər vəfat etdi - 83 xəstə isə sağaldı

img

27-08-2020 [16:04]


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, son sutkada koronavirusdan 2 nəfər vəfat edib:

"İndiyədək ölkədə ümumilikdə 35 844 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 364 nəfər müalicə olunaraq sağalıb, 524 nəfər vəfat edib, 1 956 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 422, bu günə qədər isə ümumilikdə 898 492 test icra olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR