"Hər birinizə tükənməz sevgi və xoşbəxtlik arzulayıram" - Mehriban Əliyeva

img

27-08-2020 [11:32]


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva doğum günü münasibətilə onu təbrik edənlərin hər birinə təşəkkür edib.

Mia.az xəbər verir ki, Mehriban Əliyeva "İnstagram"dakı hesabında belə yazıb:

"Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram!

Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm! Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ olun! Sizin hər birinizə və doğmalarınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, tükənməz sevgi və xoşbəxtlik arzulayıram!".


Digər xəbərlər
SON XƏBƏRLƏR