Eldar Əzizov icra başçısının birinci müavini ilə daha bir neçə vəzifəli şəxsi cəzalandırdı
27-08-2020 [10:22]
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda sanitar-təmizlik tədbirlərinə diqqət artırılır, görülən işlərə nəzarət etmək üçün monitorinqlər keçirilir. Aparılan monitorinqlərin nəticələri onu göstərir ki, şəhərin mərkəzi və əksər rayonlarda sanitar təmizlik məsələləri qənaətbəxş olsa da, bu işlərlə yerli bələdiyyə və qəsəbə nümayəndəliklərinin məşğul olduğu bəzi kənar ərazilər və qəsəbələrdə müəyyən problemlər qalmaqdadır.
Bakı Şəhər İcra Hakimiyyətindən Mia.az-a verilən xəbərə görə, Binəqədi rayonununun qəsəbələrinin sanitar vəziyyəti, əhalini narahat edən problemlər və məişət tullantılarının vaxtında daşınması məsələlərinin araşdırılması məqsədi ilə monitorinq keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov rayondakı problemlərlə yerində tanış olub. Keçirilən yoxlama nəticəsində Binəqədi rayonunun Xocasən, Binəqədi və 28 May qəsəbələrində sanitar təmizlik sahəsində nöqsanların olduğu aşkarlanıb.
Aşkar edilən çatışmamazlıqlar yerində müzakirə edilərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanova, RİHBA rayon təsərrüfatı şöbəsinin müdiri Azər Kərimova və RİHB-nın Xocasən qəsəbəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyevə töhmət verilib, bir sıra məsul işçilərə xəbərdarlıqlar edilib və qısa müddət ərzində yol verilən nöqsanların aradan qaldırılması tapşırılib.
Eldar Əzizov bildirib ki, ölkə Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi nəticəsində bu gün şəhər kommunal strukturlarında maddi-texniki təminat baxımından heç bir problem yoxdur. Əsas məsələ insan faktoru və əldə olan imkanlardan düzgün istifadə etməkdir. Hər bir rəhbər işçi nöqsanlardan nəticə çıxarmalı, öz vəsifə borcunu məsuliyyətlə yerinə yetirməli və fəaliyyətini günün tələblərinə uyğun qurmalıdır.
Qeyd olundu ki, rayon strukturlarının işçilərindən əlavə olaraq Xocasən qəsəbəsində sanitar təmizlik və abadlıq işlərinə 58 nəfər sosial işçi cəlb olunub. Bu sayda işçi ilə nəinki Xocasən, həm də qonşu qəsəbədə normal təmizlik yaratmaq olar. Ona görə də bu qədər işçinin nə ilə məşğul olması sual doğurur. Həmçinin qeyd edilib ki, rayonda bəzi hallarda problemləri həll etmək əvəzinə onların həllinin nə üçün mümkün olmamasını əsaslandırmaq vərdişi yaranıb.
Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və digər şəhər strukturlarına Binəqədi rayonunda aparılan sanitar-təmizlik işlərində yaxından kömək edilməsi tapşırılıb.
Bildirilib ki, paytaxtın qəsəbələrində sanitar vəziyyətlə bağlı araşdırmalar davam etdiriləcək.
Kəmaləddin Heydərov Bibiheybətdə bağlanan yolda - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var
Tehranda iki ev və universitet bombalandı – Azı 13 nəfər həlak olub, xeyli yaralı var
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü