Dünya bazarında neftin qiyməti qalxır

img

26-08-2020 [21:17]


Bu gün Nyu-York Əmtəə Birjasında (NYCE) keçirilən hərracda WTI markalı neft 0,35 ABŞ dolları bahalaşaraq 43,7 ABŞ dollarına, ehtiyatlar barədə məlumat veriləndən sonra isə 6 mart tarixindən sonra ilk dəfə 43,77 ABŞ dollarınadək bahalaşıb.

Mia.az xəbər verir ki, Londonun İCE birjasında “Brent” markalı neft 0,16 ABŞ dolları bahalaşaraq 46,02 ABŞ dollarına satılıb.

Xatırladaq ki, OPEC+ formatı çərçivəsində razılaşma baş tutmadığına görə mart ayının əvvəlində dünya bazarında neftin qiymətləri 30 faiz azalmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR