Ceyhun Bayramov Rusiyada: nazir Federasiya Şurasının sədr müavini ilə görüşdü
26-08-2020 [20:09]
Rusiyaya rəsmi səfəri çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov ilə görüşü baş tutub.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, tərəflər iki ölkə arasında uğurla inkişaf edən münasibətlərin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıb, o cümlədən parlamentlərarası əməkdaşlığın yüksək səviyyəsini qeyd ediblər.
Ölkə rəhbərləri arasında mövcud olan qarşılıqlı etimadın, eləcə də qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə təkan verdiyi qeyd olunub. Bu xüsusda Azərbaycan Respublikası Birinci vitse-prezidentinin ötən il Rusiyaya rəsmi səfəri çərçivəsində əldə olunmuş nailiyyətlər xüsusi vurğulanıb.
Ölkələr arasındakı əməkdaşlığın hüquq-müqavilə bazasına istinad olunaraq, bu xüsusda 1997 və 2008-ci il dostluq və strateji əməkdaşlıq üzrə sənədlərə vurğu edilib.
Beynəlxalq səviyyədə əməkdaşlıq məsələlərinə toxunan tərəflər ATƏT, MDB və digər təşkilatların Parlament Assambleyaları çərçivəsində qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər həmçinin iki ölkə arasında humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Pandemiya ilə mübarizə şəraitində hər iki ölkədən vətəndaşların təxliyəsi ilə bağlı atılmış addımlardan bəhs edən tərəflər mövcud şəraitdə qarşılıqlı yardım və həmrəyliyin vacibliyini vurğulayıblar.
Görüşün sonunda 1941-45-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə yubiley medalı Nazir Ceyhun Bayramova təqdim edilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub