Davos İqtisadi Forumu təxirə salınıb

img

26-08-2020 [19:08]


Dünya İqtisadi Forumu COVID-19 pandemiyasından ehtiyatlanaraq İsveçrənin Davos şəhərində keçiriləcək illik toplantısını təxirə salmağı qərara alıb.

Təşkilatçılar bildirib ki, 2021-ci ilin yanvar ayına planlaşdırılan Forum gələn ilin yayın əvvəlinə təyin edilib.

"Bu qərarı vermək asan olmadı, çünki qlobal liderlərin ortaq bərpa planını hazırlamağa və pandemiyadan sonrakı dövrlə bağlı müzakirələr üçün bir araya gəlməsi çox aktualdır. Bununla belə, mütəxəssislərin tövsiyəsi budur ki, yanvar ayında biz bunu təhlükəsiz şəkildə edə bilməyəcəyik", Forumun ictimai məsələlər üzrə direktoru Adrian Monk deyib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR