"Atılan çamurlar Eldar Həsənova yapışmadı..." - Sabiq səfirlə bağlı nə baş verir?
26-08-2020 [16:04]
Keçmiş Baş prokuror, Azərbaycanın Serbiyada, Monteneqroda, Bosniya və Hersoqovinada sabiq səfiri səfir Eldar Həsənovun cinyaət işi Respublika Prokurorluğunda araşdırılacaq. E. Həsənov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham olunur.
Avqustun 24-də sabiq səfirin vəkili Adil İsmayılov bildirib ki, müvəkkilinin işi Xarici İşlər Nazirliyi əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə başlanmış və Dövlət Təhlükəsziliyi Xidmətinin (DTX) İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılıb.
Qeyd edək ki, Eldar Həsənovun həbs edilməsi ölkədə geniş rezonans doğurub. Mətbuatda onun saxlanması ilə bağlı müxtəlif versiyalar, ittihamlar səsləndirilib. Keçmiş səfir Serbiyadan Ermənistana silah ötürülməsində, dövlətə xəyanətdə, xarici qüvvələrin dəstəyi ilə hakimiyyəti ələ keçirməkdə və s. cinayət əməllərində günahlandırılıb.
E. Həsənovun özü və müdafiəçiləri bu ittihamların qarşılığında kifayət qədər səbrli davranaraq hadisəni "anlaşılmazlıq" kimi dəyərləndiriblər.
Vəkil Adil İsmayılovun mətbuata verdiyi açıqlamasında bir mesaj diqqət çəkir: "Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümid edir və vəsatətin təmin edilməsi onun ümidini artırmışdır".
İstintaqa indiyə qədər ifadə verməyən Eldar Həsənovun mövqeyini göstərən bu açıqlamada kifayət qədər aydın mesaj var. O, barəsindəki ittihamlara xitam verilməsə, Avropa Məhkəməsinə qədər mübarizə aparacağını, xarici əlaqələrini öz müdafiəsinə yönəldəcəyinə eyham vurub.
Hadisələrin gedişi göstərir ki, Eldar Həsənovun məsələsinin dramatikləşəcəyi ehtimalı azalır. Vəkil müdafiə tərəfinin vəsatətlərini nəzərə alaraq obyektiv vəədalətli qərar qəbul etdikləri üçün Eldar Həsənovun adından DTX-nın və Baş Prokurorluğun rəhbərliyinə minnətdarlığını ifadə etməsi də bundan xəbər verir.
Bu gün sabiq səfrin yaxın dostu, müdafiəçisi, keçmiş millət vəkili Əlövsət Ağalarov da sosial şəbəkədə yaydığı açıqlamada hüquq mühafizə orqanlarına minnətdarlığını bildirib: "...Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin peşəkar və obyektivlik hissini qoruyub saxlayan rəhbərliyinin, bu işlə məşğul olan bütün əməkdaşlarının əsl professionallıq, əynindəki mundirin şərəfini cılız intriqalara qurban verməyən şəxsi heyyətinin dürüst araşdırmalarına əsasən, atılan çamurlar Eldar Həsənova yapışmadı..."
Hüquqşünas Hafiz Həsənov "AzPolitika.info"-ya şərhində bildirib ki, XİN-də əməkdaşların vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə başlanmış cinayət işinin rəsmi şəxsləri ilə bağlı olduğundan burada dövlətin təhlükəsizliyi ilə bağlı əməllərin olması ehtimal edilə bilər. Bu baxımdan istintaqın DXT tərəfindən aparılması zəruri hesab edilib: "Ümumilikdə isə bütün istintaq orqanlarında, o cümlədən DTX-da istintaqa nəzarət prokurorluq tərəfindən aparılır. Eldar Həsənovla bağlı işin istintaqının ayrılaraq Baş Prokurorluq tərəfindın aparılması yəqin, onunla əsaslandırılır ki, onun əməllərində dövlət təhlükəsizliyi ilə bağlı ehtimallar yoxdur. Onun bu cinayət işində əməlləri korrupsiya ilə bağlı vəzifə cinayətləridir".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub