“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin açılış mərasimi keçirilib - Zakir Həsənovla Şoyqu tədbirdə + VİDEO

img

25-08-2020 [21:19]


Avqustun 25-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, tədbirdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə qonaqlar ümummilli liderimiz Heydər Əliyevin Hərbi Dəniz Qüvvələri qərargahı qarşısında ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq öz ehtiramlarını ifadə ediblər.

Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Z.Həsənov mərasim iştirakçılarını və qonaqları salamlayaraq “Dəniz kuboku” beynəlxalq müsabiqəsini açıq elan edib.

Rusiyanın Müdafiə naziri ordu generalı S.Şoyqu tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR