"Şerif"in baş məşqçisi: "Qarabağ" oyunun favoritidir"

img

25-08-2020 [20:28]


"Yenidən bu səbəbdən Bakıda olmaqdan məmnunam. "Qarabağ" cütün favoritidir. Neçə mövsümdür avrokuboklarda uğurla çıxış edir. "Qarabağ"ı Zaqreb "Dinamo"su ilə müqayisə edərdim. Ümid edirəm ki, üçüncü duelimiz uğurlu olacaq".

Bu fikirləri Moldova "Şerif"inin baş məşqçisi Zoran Zekiç UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ"la oyun öncəsi mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, "Qarabağ" uzun müddət rəsmi oyun keçirməsə də, yaxşı baş məşqçisi var və keyfiyyətli komandadır: "Sileks"lə oyunu izləmişəm. Rəqibin müsbət və mənfi tərəfləri barədə məlumat verməyəcəyəm. Sabah özünüz hər şeyi görəcəksiniz".

46 yaşlı baş məşqçinin sözlərinə görə, azarkeşsiz oynamaq mebelsiz evdə qonaq qəbul etmək kimi bir şeydir: "Təbii ki, azarkeşsiz oynamaq oyuna təsir edir. Belədə başqa ab-hava olur. 9 aydır Tiraspolda karantin şəraitində məşq edirik. Oyunçularımızın çoxu ailəsini görmür. Bu gün meydança ilə tanış olacağam".

Zekiç "Qarabağ"ın hər cəhətdən güclü olduğunu deyib: "Rəqibin ən üstün tərəfi baş məşqçisidir. Sabit oyun göstərirlər. Komandanın heyətində Ozobiç, Matiç və Maksim Medvedevi qeyd edərdim. Ən çox Qara Qarayevi bəyənirəm. Təəssüf ki, bizim komandada deyil".

Təcrübəli mütəxəssis meydanda tək olmayacaqlarını vurğulayıb: "Hər şey bizim əlimizdə deyil. Yaxşı nəticə qazanmağa çalışacağıq. "Qarabağ" haqqında o qədər yazırlar ki, sanki bizim meydana çıxmağımıza ehtiyac yoxdur".

Z.Zekiç cari mövsümün əvvəlində transfer etdikləri "Zirə"nin Sabiq futbolçusu Riçard Qadze barədə də danışıb: "Hər şey oyunun gedişindən asılıdır. Matçın gedişində ondan istifadə edə bilərik"./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR