Vergi orqanlarına təqdim edilməli hesabatlarda yeniliklər edilib
25-08-2020 [16:07]
Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılmasının iqtisadi fəallığa təsirinin azaldılması və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin minimallaşdırılması üçün dəstək tədbirləri və proqramları həyata keçirilir.
Tədbirlər çərçivəsində Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib, vergi ödəyicilərinə əhəmiyyətli güzəştlər və azadolmalar verilib, müvafiq güzəşt və azadolmalardan istifadə etmək üçün vergi orqanlarına təqdim edilməli hesabatlarda yeniliklər edilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini Elmir Ramazanov Vergi Məcəlləsində edilmiş dəyişikliklər çərçivəsində həyata keçirilən tədbirləri şərh edərək bildirib ki, ölkədə müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə geniş miqyasda vergi güzəştləri və azadolmalar verilib.
"Bu şəxslər 2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad ediliblər, 2020-ci ildə əldə edəcəkləri mənfəət və ya gəlirlərinin 75%-i miqdarında vergi güzəştləri əldə ediblər. Bundan əlavə, fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürdükləri halda, onlar üçün daşınmaz əmlaka görə ödənilən icarə haqlarından tutulan verginin dərəcəsi 14%-dən 7%-ə endirilib. 8% vergi dərəcəsi ilə sadələşdirilmiş rejimdə fəaliyyət göstərən ictimai – iaşə obyektləri üçün vergi dərəcəsi 4%-ə, 2% dərəcə ilə vergi ödəməklə fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyiciləri üçün isə bu rəqəm 1 faizə endirilib. Müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığı və zəruri ehtiyaclarının təmin edilməsi məqsədi ilə idxal edilmiş məhsullar ƏDV-dən azad edilib, eyni zamanda həmin müddətdə hava nəqliyyatı daşıyıcılarının sərnişindaşıma fəaliyyətində istifadə etdikləri hava gəmiləri əmlak vergisindən tam azad edilib", - deyə rəsi müavini qeyd edib.
E. Ramazanov bildirilib ki, mikro sahibkarlıq subyektlərinin 2020-ci ilin 1-ci və 2-ci rübləri üzrə vergi orqanına təqdim etməli olduqları sadələşdirilmiş vergi bəyannaməsinin verilmə müddəti, hesablanmış vergiləri, eyni zamanda pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin 2019-cu il üzrə hesablanmış mənfəət, gəlir və əmlak vergisi üzrə öhdəlikləri 2020-ci il sentyabrın 1-dək uzadılıb.
"Bundan əlavə, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin 2019-cu il üzrə hesablanmış mənfəət, əmlak və gəlir vergiləri üzrə cari ödəmələri, eyni zamanda əvvəlki ildə fəaliyyəti olmayıb cari ildə qeydiyyatdan keçmiş vergi ödəyiciləri mənfəət, gəlir və əmlak vergiləri üzrə cari ödəmələrindən tam məbləğdə azad ediliblər. Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən Qanun 8 may 2020-ci il tarixdə təsdiqlənməsinə baxmayaraq 1 yanvar 2020-ci il tarixdən qüvvədə olduğu üçün I rüb üzrə vergi orqanları tərəfindən hesablanmış, eyni zamanda vergi ödəyiciləri tərəfindən könüllü təqdim edilmiş arayışlar üzrə hesablanmış cari hesablamalar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tam məbləğdə azaldılıb", - deyə Dövlət Xidmətinin rəsmisi bildirib.
E. Ramazanov qeyd edib ki, bu güzəşt və azadolmaların bəyannamə formalarında əks etdirilməsi üçün Dövlət Vergi Xidməti tərəfindən bir sıra bəyannamələrin, onların əlavələrinin formaları və tərtib edilməsi qaydaları təsdiqlənib. İlk növbədə sadələşdirilmiş verginin ödəyiciləri üçün "Sadələşdirilmiş vergi bəyannaməsi" düzəlişlər edilməklə istifadəyə verilib. 19 avqust tarixindən "Bəyannamə Tərtibatı Proqramı"nın (BTP) növbəti yeni versiyası istifadəyə verilib.
Burada pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə verilmiş müvafiq güzəşt və azadolmaları özündə əks etdirən "Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi", "Torpaq vergisi bəyannaməsi" və "Gəlir vergisi bəyannaməsi"nin elektron formada tərtib edilərək vergi orqanına təqdim olunması imkanı yaradılıb. Hazırda digər tədiyyələr üzrə, o cümlədən əlavə dəyər vergisi, mənfəət və əmlak vergisi üzrə bəyannamələrin elektron qaydada tərtibatı zamanı güzəşt və azadolmaların nəzərə alınması istiqamətində işlər aparılır.
Rəis müavini yaxın vaxtlarda həmin bəyannamələrin də elektron formasının vergi ödəyicilərinin istifadəsinə veriləcəyini bildirib.
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub