Qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik gətirən şəxslərin cinayət işi məhkəməyə göndərildi

img

25-08-2020 [14:36]


7 may 2020-ci il tarixdə Cəlilabad rayon sakinləri Daxil Zamanov və Vasif Süleymanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə əldə edib saxlamaları, daşımaları və cinayətkar niyyətlərini həyata keçirən zaman hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmələri faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Cəlilabad rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

 Cəlilabad Rayon Prokurorluğundan Mia.az-a verilən məlumata görə, istintaqla Vasif Süleymanovun qeyd edilən cinayət əməllərini həyata keçirən zaman xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 234.4.3 (külli miqdarda törədildikdə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə)  maddələri ilə, Daxil Zamanov isə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR