Oqtay Əsədov toya çağırılmadığnı dedi: "Bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır”
25-08-2020 [14:01]
Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy qalmaqalı ətrafında müzakirələr bitib-tükənmir.
Sosial şəbəkələrdə Novxanıdakı bağ evində təşkil olunmuş məlum toyda bir sıra məmurların, deputatların, tanınmış simaların iştirakı haqda yazılır.
Bəziləri bu sırada Milli Məclisin sabiq sədri Oqtay Əsədovun da adını hallandırırlar.
Mia.az xəbər verir ki, sabiq spikerin köməkçisi Modern.az saytına deyib ki, Oqtay müəllim ümumiyyətlə həmin mərasimə dəvət olunmayıb və çağırılsa belə, getməzdi.
Milli Məclisin deputatı Oqtay Əsədovun özü isə Modern.az-a açıqlamasında Prezident İlham Əliyevin ölkədə apardığı siyasətin ölkə vətəndaşları tərəfindən dəstəklənməsindən danışıb.
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin ictimaiyyət arasına çıxaraq, onlarla ünsiyyətdə olması, qayğıları ilə maraqlanması, problemlərin yerindəcə həll edilməsi xalq və Prezident münasibətlərinin əyani sübutudur. Dövlətimizin başçısı əhali arasında böyük nüfuza malikdir, xalq onu sevir!”, - Oqtay Əsədov vurğulayıb.
Milli Məclisin sabiq spikeri bildirib ki, Prezident daim xalqın problemlərinə həssas yanaşır, Azərbaycan vətəndaşlarına həmişə diqqət və qayğı göstərir:
“Bunu, demək olar ki, indiyək keçirilən bütün görüşlərdə də müşahidə etmişik. Cənab Prezident məmurlardan da birinci növbədə xalqın qayğısına qalmalarını tələb edir. Elə dövlətimizin başçısının avqustun 24-də Biləsuvar və Saatlı rayon İcra hakimiyyətlərinə başçı vəzifələrinə təyinat ilə əlaqədar videoformat qəbulunda da bu fikir öndə olub: “Siz öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz””.
Deputat ölkə başçısından sitatlar gətirib:
“Cənab Prezidentin dediyi kimi, bəzi hallarda bir sıra xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. İlham Əliyevin vurğuladığı kimi, onlar “özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar”.
Dövlət başçısı dəfələrlə deyib ki, bütün dövlət məmurları xalqın xidmətçisidir. Azərbaycan Prezidenti hər görüşündə heç kəsin xüsusi imtiyazının olmadığını bildirir. Amma bəzən qanunlar elə məmurlar tərəfindən pozulur. Yeni təyin edilmiş icra başçılarını videoformatda qəbul edən cənab Prezident haqlı olaraq söylədi ki, rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır: “İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki rəğbət olacaq” deyən dövlətimizin başçısı bütün məmurları məişətdə də, işdə də nümunə olmağa, özlərini təvazökar aparmağa çağırıb. Cənab Prezidentin vurğuladığı kimi, “bu, bütün məmurlara, ictimai işlərdə çalışan bütün insanlara aiddir. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır”.
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Kəmaləddin Heydərov Bibiheybətdə bağlanan yolda - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var
Tehranda iki ev və universitet bombalandı – Azı 13 nəfər həlak olub, xeyli yaralı var
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi