Prezident İlham Əliyev akademikə təbrik məktubu ünvanlayıb - MƏTN 

img

25-08-2020 [13:17]


Prezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) rektoru akademik Anatoli Torkunova təbrik məktubu ünvanlayıb. 

Məktubda deyilir: : 

"Hörmətli Anatoli Vasilyeviç.

Sizi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləklərimi qəbul edin.

Siz uzun müddətdir ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna uğurla rəhbərlik edirsiniz. Sizin səyləriniz sayəsində MDBMİ haqlı olaraq dünya miqyasında ən nüfuzlu və prestijli ali məktəblərdən biri sayılır.

Siz böyük alim, pedaqoq və istedadlı təşkilatçı kimi, öz ölkələrini beynəlxalq arenada ləyaqətlə təmsil edən yüksək ixtisaslı dövlət və ictimai xadimlər, diplomatlar, jurnalistlər, hüquqşünaslar hazırlanmasına çox dəyərli töhfə verirsiniz.

Hörmətli Anatoli Vasilyeviç, Sizi yubileyiniz münasibətilə bir daha təbrik edir, Sizə uzun ömür, yeni nailiyyətlər diləyir, ən xoş arzularımı bildirirəm".

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub