"İsa Həbibbəyli həmin günü Naxçıvanda - ata ocağında olub" - AMEA açıqlama yaydı

img

25-08-2020 [12:03]


Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib-etməməsi ilə məsələyə aydınlıq gətirib.

AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən Mia.az-a verilən məlumata görə, sosial şəbəkələrdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin məlum toy məclisində iştirak etməsi barədə yayılan məlumatlar reallığı əks etdirmir: "Akademik İsa Həbibbəyli avqustun 18-i saat 13-də Bakıdan-Naxçıvana uçan təyyarə reysi ilə Naxçıvana gedib, həmin axşam Şərur rayonunun Danyeri kəndində ata ocağında olub. Məzuniyyət dövrünə aid olduğu üçün avqustun 24-dək Naxçıvanda qalıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR