RAMİZ MEHDİYEV, NƏHAYƏT, DANIŞDI: "Məhkəmənin kürəkənim haqda qərarı ədalətlidir"
24-08-2020 [21:57]
“Məlum olduğu kimi, mənim qız nəvəm Fidan Əliyevanın 18 avqust 2020-ci il tarixində Novxanıda bağ evində, məhdud sayda qonağın iştirakı ilə keçirilmiş şadlıq məclisi avqustun 20-dən etibarən qonaqlardan birinin sosial şəbəkələrdə yerləşdirdiyi videodan sonra geniş müzakirə mövzusuna çevrilmişdir”.
Mia.az AMEA-nın rəsmi saytına istinadla xəbər verir ki, bu sözləri Akademiyanın prezidenti Ramiz Mehdiyev deyib.
O, qeyd edib ki, həmin günlərdə digər yüksək rütbəli Azərbaycan məmurları və cəmiyyətdə tanınan başqa şəxslər də öz qızlarına, bacılarına, digər yaxın qohumlarına toy və ad günü mərasimləri təşkil ediblər:
“Ancaq çox qəribədir ki, KİV-lərin diqqəti məhz mənim ailəmin üzərinə yönəldilmişdir. Təbii ki, aidiyyəti orqanların baş verənlərə münasibətdə tutduqları mövqe haqlıdır. Çünki qanun qarşısında hamı bərabərdir. Məhkəmənin mənim kürəkənim haqqında verdiyi qərarı da ədalətli hesab edirəm. Məclisdə iştirak etmiş digər qonaqların barəsində görülmüş inzibati cəza tədbirləri də qanunlara müvafiqdir.
Ancaq bu da bir həqiqətdir ki, pandemiya dövründə toy və nişan məclisləri keçirən, həmçinin inzibati xəta törədən heç kəs qolları qandallı, nümayişkaranə şəkildə hakim qarşısına çıxarılmamışdır. Bu ikili standartın səbəbi həqiqətən də müəmmalıdır. İnanmaq istəyirəm ki, ölkəmizin hüquq-mühafizə orqanları, KİV-lər, millət vəkilləri və ictimai xadimlər bu günlərdə baş verən analoji hadisələrə də eyni həssaslıq və prinsipiallıqla yanaşacaq, müqəssirlərin hamısını qolları qandallı şəkildə məhkəmə önünə çıxarıb, onlara qanunun aliliyi haqqında dəyərli tövsiyələr verəcəklər. Belə olan təqdirdə sadə vətəndaşların ölkədə hüququn gücünə dair sual və şübhələri tamamilə aradan qalxmış olacaq.
Tarixi təcrübə sübut edib ki, hər bir dövlətin tərəqqisi, gücü və gələcəyi vətəndaşların qanun qarşısında bərabərliyindən keçir. Əgər hər hansı cəmiyyətdə bir qrup insanlar öz vəzifələri, maddi imkanları səbəbindən xüsusi imtiyaz sahiblərinə çevrilib, qanunları yan keçə bilirsə, orada heç bir ədalətdən, doğruluqdan, insanlıqdan danışmaq mümkün deyil.
İslam peyğəmbəri Həzrəti Məhəmməd (s) öz hədislərinin birində belə buyurmuşdur: “Ey camaat! Sizdən əvvəlki qövmlər həlak oldular. Ona görə ki, həmin qövmlərdən olan mötəbər, zəngin şəxslər oğurluq etdikdə heç kəs onları cəzalandırmırdı. Ancaq kasıb birisi bu hərəkəti etdikdə, ona dərhal cəza tətbiq edilirdi. And olsun Allaha ki, hətta qızım Fatimə oğurluq etmiş olsaydı, onun da əlini kəsərdim””.
Ramiz Mehdiyev açıqlamasında daha sonra deyib:
“Özümə gəlincə, mən tənqidlərdə ifrata varan, xüsusi canfəşanlıq edən jurnalistlərdən və millət vəkillərdən qətiyyən incimirəm. Onlar həmişə olduğu kimi, vəziyyətə görə davranır, şəraitə uyğun danışırlar. Dünən məni mədh edənlərin bu gün məni tənqid etməsinə eyni səbirlə qulaq asmağa hazıram. Ancaq həmin şəxslər unutmasınlar ki, cənab Prezidentin qanunun aliliyi uğrunda apardığı mübarizə onlar üçün də keçərlidir və hər kəs qanunun sərt üzü ilə mütləq üzləşəcək.
Həmçinin bu şəxslərə tövsiyə edərdim ki, başqasına daş atarkən ayna qarşısına keçib özlərinə yaxşı-yaxşı baxsınlar. Sual versinlər ki, onların özləri digərlərini tənqid edəcək qədər təmiz mənəviyyat sahibləridirmi? Onların ətrafdakılara əxlaq dərsi keçməyə mənəvi haqları çatırmı? Əgər biz doğrudan da şəffaflıq uğrunda mübarizəyə başlamışıqsa, o zaman natəmizləri məhz dürüst insanların tənqid etməsi daha ədalətli olardı. Nadürüstlərin xalqa mənəviyyat dərsi keçməsi insanlarda ancaq ikrah hissi doğura bilər. Bunu unutmasınlar!”.
"İnter" Türkiyə millisinin üzvü iə müqaviləni uzadır
İranda üç günlük milli matəm elan edib - Məsud Pezeşkianın iştirakıyla yürüş də keçiriləcək
Məsud Pezeşkiandan etirazlarla bağlı daha bir açıqlama: "Düşmən ölkəyə təlim keçmiş terrorçular gətirib"
İsrail Livanın cənubuna 10-dan çox hava hücumu həyata keçirib - "Hizbullah"ın tunelləri vurulub
İstanbulda təyyarə uçuşları da ləğv edildi - Hava şəraiti ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan millisinin məşqçilər heyətində yeni təyinatlar oldu
İstanbulda məktəblər bağlanıb - Güclü qar gözlənilir
Mən Cəbrayıldayam, sən haradasan? - Paşinyana sual
QHT əməkdaşı Ağdərədə minaya düşüb
Xaçmazın Qaraqurdlu kəndində qatar adam vurub
May ayında 14 gün iş olmayacaq
2026-cı ildə varlanacaq və kasıb qalacaq BÜRCLƏR
Masallıda iki nəfər narkotiklə tutulub
Bürcülərin bu il üçün ən şanslı ayları...
Məsud Pezeşkian İran xalqını küçələrə çağırdı
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?
Azərbaycan neftinin qiyməti 68 dolları ötdü
Ana və oğlu qazdan zəhərləndi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib