"Yeniliklərə adaptasiya olmağımız müəyyən zaman alacaq" - Psixoloq Sevinc Osmanova ilə MÜSAHİBƏ
24-08-2020 [21:36]
Məlum olduğu kimi, ölkəmizdə 3 mart 2020-ci il tarixdən təhsilin bütün sferaları üzrə dərslər onlayn keçirilib.
Birdən-birə virtual tədrisə keçid çətinliklər yaratsa da, müəyyən vərdişlər qazanıldı, məsafədən təhsil praktikasına yiyələnildi.Təhsil qanunvericiliyində 2009-cu ildə nəzərdə tutulmuş distant təhsilin zəruriliyi bir daha özünü göstərdi.
Vəziyyətdən çıxış Dövlət Proqramının icrasına yeni baxış və münasibətlərlə yadda qaldı.
Yeni dərs ili ərəfəsində tədrisin təşkili və iş rejminin tənzimlənməsi barədə Prezidentin sərəncamı ilə yaradılmış Operativ Qərargahın Təhsil Nazirliyi ilə razılaşdırılmış tövsiyə və məsləhətləri daha məqsədəuyğun olacaqdır.
Mən isə həmsöhbətim psixoloq Sevinc Osmanovanın tədris müəssisələrində tibbi-psixoloji maariflənmənin bəzi məqamları barədə fikirlərini Sizinlə bölüşmək istəyirəm.
- Xoş gördük, Sevinc xanım! Facebook səhifənizdə həyatın müxtəlif anlarını əks etdirən maraqlı yazılarınızı oxuyuruq. Xeyli də izləyiciləriniz var.
‒ Xoş gördük, Səxavət müəllim! Təşəkkür edirəm! Bəli, elədir. İnsanlara yardımçı ola bilmək əsas məqsədlərimdən biridir.
- Pandemiya təhlükəsinin insanlarda yaratdığı mənfi emosiyalar barədə fikirlərinizi bilmək istərdik.
‒ Günümüzdə bir çox psixi problemlərin yaranmasının əsas səbəblərindən biri zamanın düzgün idarə edilməməsidir. Bu, stress faktorunun, aqressiyanın və başqa bir çox problemlərin yaranmasına rəvac verir. Zamandan düzgün və faydalı istifadə edə bilmək, insanın uğur və özgüvəninin açarıdır. Buna mane olan ən böyük amillərdən biri günümüzdə “zaman oğrularının” həddindən çox olmasıdır. Sıralaya biləcəyim bir sıra faktorlarla yanaşı, internet şəbəkələrindən gərəksiz istifadə birincilik təşkil edir.
Bu aspektdən sağlamlığımızı qorumaq üçün “onlayn” həyata yönəlmək məcburiyyətində qalmağımız, müasir inkişafla yanaşı, eyni zamanda bizə zərərli vərdişlər də qazandırdı.
Pandemiya dövrünün məhdudiyyətləri, sağlamlığımızla bağlı “evdə qal, sağlam qal” çağırışı bəhrəsi ilə bərabər mənfi emosiyalar da yaratdı. Həm uşaqlar, həm də böyüklər özünəqapanma, stress, tədirginlik kimi bir sıra sıxıntılar yaşadı.
Ümumən, bütün hallarda fəaliyyət proqramının gündəlik, həftəlik və aylıq düzgün icrası psixi sağlamlıq və şəxsiyyətyönümlülük üçün olduqca vacibdir.
- Yeddi ay ənənəvi tədrisdən ayrıldıqdan sonra – yeni dərs ilində müəllim, şagird-tələbə heyətinin təlim-tərbiyə prosesinə uyğunlaşa biləcəyinə münasibətiniz: nə etməliyik, bizi qarşıda hansı vəzifələr gözləyir?
‒ Qismən də olsa, məhdud iş rejimi, virtual münasibətlər, distant təhsil bir sıra tədirginliklər yaratsa da, bütün yeniliklərə adaptasiya olmağımız müəyyən zaman alacaq. Psixologiya insanı öyrənən bir elm olduğuna görə, insan üzərində hansısa bir psixi prosesin uğurla nəticələnməsi üçün mütləq və mütləq zaman faktorunu nəzərə almaq vacibdir.
- Düz buyurursunuz, nə etməliyik?
- Müəllim, şagird-tələbə heyətinin yenidən ənənəvi təlim-tərbiyə prosesinə uyğunlaşa bilmələri üçün tədris öncəsi müəyyən tarixlər adaptasiya günləri kimi qeyd olunmalıdır. Tələbə və şagirdlər oxuduqları məktəblərin praktik-psixoloqlarının və yaxud dəvət olunmuş xüsusi psixoloqların söhbətlərini dinləməli, pandemiya dövründə ünsiyyət, birgə fəaliyyət barədə həkim məsləhətlərindən, təcrübəli pedaqoqların tövsiyələrindən faydalanmalıdırlar. Kitabxanada olmaq, lazım olan dərslikləri əvvəlcədən götürmək, tədris müəssisəsi və müəllimlərlə yenidən tanışlıq həm öyrədən, həm də öyrənən üçün ən yaxşı uyğunlaşma ola bilər. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, 2020-2021-ci tədris ili fərqli tələblər, spesfik xüsusiyyətlərlə qaçılmazdır.
- Tədris öncəsi öyrədən və öyrənənlərin, eləcə də valideynlərin tibbi-psixoloji maariflənməsində nələrə üstünlük verilməlidir?
‒ Pandemiya dövründə tibbi-psixoloji maariflənmə olduqca vacibdir. Həkimlərimizin gördüyü işləri, fədakar əməyini xüsusi qeyd etmək istəyirəm. Onların tövsiyə və məsləhətləri ilə müşahidə olunan bütün narahatlıqlarda, xüsusilə qızdırma, öskürək və təngnəfəslik zamanı həkimə müraciət etmək mütləqdir. Eyni zamanda, həkimlərimiz koronavirus sindromunun müəyyən edilməsi və ona qarşı mübarizə istiqamətində uğurlu işlər görürlər.
Bunlar öz yerində, mən məsələnin psixoloji tərəfinə toxunmaq istərdim. Bu mövzu ilə bağlı Albert Banduranın məşhur “sosial öyrənmə” nəzəriyyəsinə diqqəti çəkib öyrədən və valideynlərin öyrənənlərə ictimai həyatın hər sahəsində nümunə olduqlarını nəzərdən qaçırmamaları gərəkliyini qeyd etmək lazımdır. Psixi sağlamlığın və psixi təhlükəsizliyin cəmiyyətin inkişafında böyük rol oynadığına dair hər hansısa bir oxuma, dinləmə və ya izləmə bu sahədə maariflənmənin keyfiyyətini artırır.
- Pandemiya insanlar arasında da yeni münasibət formaları yaratdı, xüsusi qaydalar tətbiq olundu. Tədris başlayarkən koronavirusa yoluxma ehtimallarına görə bu qaydalara necə əməl olunmalıdır?
‒ Bəşəriyyət üçün potensial təhlükə olan pandemiya bütün dünyanı lərzəyə gətirdi. Qorunmaq üçün insanlar arasında yeni münasibət formaları zərurətdən yarandı. Məsafə saxlamaq, insanların sıx olduğu yerlərdə olmamaq, birgə fəaliyyətdə maska taxmaq, əlcək və spirtdən istifadə etmək və s. Yeni dərs ilində bu qaydalar bir daha gözlənilməli və müvafiq münasibət formalarına riayət olunmalıdır. Yarana biləcək bütün ehtimallarla bağlı ölkə başçısı cənab İlham Əliyevin göstərişi ilə yaradılmış Operativ Qərargahın tövsiyələri təhlükədən qorunmağa ən etibarlı zəmanətdir.
- Təhsil idarəçilərinə, məktəb psixoloqlarına, müəllim, şagird-tələbə kollektivlərinə və valideynlərə başqa nə demək istərdiniz?
‒ Günümüzün gəncliyini idarə etmək hal-hazırda başqa dövrlərdən fərqli olaraq indi daha çətindir. İlk öncə təhsil idarəçilərinə bütün yeniliklərə, dəyişimlərə və müasir standartlara uyğun işləməyi arzulayıram.
Məktəb psixoloqları vəzifə funksiyaları çərçivəsində daha effektli işləməlidirlər. Onların peşəkar müşahidə və tövsiyələri hər bir işdə uğura yardımçı olmalıdır. Yeni dərs ilində müəllim, şagird-tələbə kollektivlərinə və valideynlərə müvafiq tələblərə riayət etməklə normal təhsil həyatı arzulayıram!
- Sevinc xanım, həmsöhbət olduğunuz üçün təşəkkür edirəm!
- Çox sağ olun, Səxavət müəllim! Mənim üçün də Sizinlə fikir mübadiləsində olmaq qürurverici oldu.
Səxavət Tağlar,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, yazıçı-publisist.

İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Kəmaləddin Heydərov Bibiheybətdə bağlanan yolda - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var
Tehranda iki ev və universitet bombalandı – Azı 13 nəfər həlak olub, xeyli yaralı var
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi