"Xalq səni ayın, ilin Siyavuşu görmək istəyirdi, amma..." - Etibar Cəbrayıloğlu yazır
24-08-2020 [18:19]
Etibar Cəbrayıloğlu
***
Lazımı yerlərin döşünə yatan yazı qaralamaq nə gözəl işdir...
O gün qaraladığım “Daha sizə sözüm yoxdur...” köşəm “Reyting.az” və digər saytlarda tirajlanan kimi məni lazımı yerə çağırdılar.
Hörmət-izzətlə qəbul edib nəzakət göstərdilər, Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev barədə yazımı təriflədilər. “Sıramıza xoş gəlmisən”, - dedilər. Hərarətli əllərini astaca kürəyimə vurub bundan sonra heç nədən sıxıntı keçirməyəcəyimə əmin etdilər. Zəhmli binadan ayrılanda cibimin biri xeyli ağırlıq etsə də, bu çətinliyə sinə gəlməyi bacardım. Lazımı yerlərin döşünə yatan yazı qaralamaq nə gözəl işdir...
Bilgisayarımla üz-üzə əyləşən kimi yeni köşəmi başladım. Qaçaq Nəbi demişkən, çünki oldun tezis yazan, göndər gəlsin dən Koroğlu. Razılaşmaya görə, bu dəfə Siyavuş Novruzov barəsində yazdım:
"Siyavuş Novruzov, bəsdir, yetər, tamam, nə istəyirsən bu xalqdan? Nə vermisən ala bilmirsən? Toy şənliklərində, yas mərasimlərində, hətta radioda da orden-medallarını göstərirsən, hər yerdə deyirsən ki, Əfqanıstanda “kəşfiyyat rəisinin sədri” olmusam. Bu xalq ağı qaradan, ordeni medaldan yaxşı seçir, bəsdir. Sənin Əfqanıstanda necə döyüşdüyün hər kəsə məlumdur, əlimdə faktlar var. Əsgər yoldaşın, Smolensk rayonunun Novoye Reçinski kəndinin Proletar küçəsi 12 ünvanında yaşayan Gennadi Ryabov mənə yazır ki, Siyavuş Novruzov kəşfiyyatın rəisinin sədri-filan olmayıb. Bir dəfə necə oldusa bizi kəşfiyyata apardı, onda da Əfqanıstanın Cəlilabad şəhərinə getmək əvəzinə gəlib Azərbaycanın Cəlilabad rayonuna çıxdıq...".
Bax belə, hələ sənin Əfqanıstanda orden almağına da şübhəm var. Çünki Roberto Duş Santuşun rəsmi səhifəsində bu ordenin nə vaxtsa sənə verilməsi ilə bağlı bircə cümlə də yoxdur.
Səni kimsə aldadıb toya apara bilər, amma xalqı heç vaxt aldatmaq olmaz. Bunu arzulayanların aqibətini hamı görür və görəcək.
Sən bu illər ərzində bizim təhsilimizə də ağır zərbələr vurmağa çalışdın, bəli, bəli. Məktəbliləri məcbur edirdin ki, həftənin cüt günləri dərslərdə bu mahnını xorla oxusunlar:
YAP-a girdi mənim nənəm,
Köməkçisi mənəm, mənəm.
Sən bununla həm yüz minlərlə sıravi partiya üzvünün, həm də minlərlə təhsil işçiləsinin nüfuzuna xələl gətirməyə xeyli vaxt və enerji sərf etdin. Vurduğun ziyanın nəticəsidir ki, avqust ayı olmasına baxmayaraq bu gün də balalarımız məktəbə gedə bilmir, təhsildən uzaq düşüb.
Ümumiyyətlə, sən çox ayağı ağır insansan. Bir dəfə deputat kimi Yuqoslaviyaya səfərə getdin, qayıdan kimi o boyda ölkə 4-5 yerə parçalandı. Bəsdir, yetər artıq, axı nə istəyirsən bu Yuqoslaviya xalqından?.
Daha bir uğursuzluğundan yazmaq istəmirdim, sənin son hərəkətlərin məni buna məcbur etdi. Yadındadır, ötən həftə Akademik Dram Teatrında səninlə birgə “Leyli və Məcnun” operasına tamaşa etdik. O qədər ayağın ağır oldu ki, Leylini Qeysə vermədilər, o da tamaşanın sonunda Məcnun olub mühacirətə getdi. Bəsdir, nə istəyirsən bu yazıq Leylidən?
Nə vaxtacan futbol üzrə Azərbaycan millisi beynəlxalq arenada biabır olacaq? 30 ilə yaxın deputat oldun amma Lev Yaşinin qapısına bir top belə vura bilmədin.
Bəsdir, bu xalqın etimadından sui-istifadə etdin. Xalq səni ayın, ilin Siyavuşu görmək istəyirdi, amma sən vur-tut, cəmi-cümlətani həftənin Siyavuşu ola bildin. Təəssüf, aldanıb toya gedənlə özü yıxılan ağlamaz.
Elə bilirəm ki, xalq hər şeyi görür və bilir. Ona görə zəhmətkeşlər baş verənlərə öz obyektiv münasibətlərini bildirəcəklər.
Nəfəsim kəsildi, gedib bir qismət çörək yeyim. İşlər heç də pis getmir, görək sabah kimi sifariş verəcəklər...
Reyting.az
Qəzzada daha 24 fələstinli həlak olub
Klublar Birliyi istefanı qəbul etmədi - "Ali Koçla yola davam!"
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə müzakirə aparıb - XİN-dən açıqlama
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi