"ASAN xidmət"də  "ASAN imza sertifikatı"nın verilməsi xidməti dayandırılıb

img

24-08-2020 [16:09]


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərində xidmətlərdən birinin göstərilməsində problem yaranıb.

Məlumata görə, qurumun mərkəzlərində "ASAN imza sertifikatı"nın verilməsi xidməti dayandırılıb.

Belə ki, “ASAN xidmət” mobil tətbiqi vasitəsilə həmin xidmət üzrə onlayn növbə verilsə də, mərkəzlərdə vətəndaşlara həmin xidmətin dayandırıldığı bildirilir və bu, proqram yenilənməsi ilə izah edilir.

Qeyd olunur ki, "ASAN imza sertifikatı" verilməsi xidməti avqustun sonu, sentyabrın əvvəli bərpa olunacaq.

Onu da bildirək ki, bu xidmətin "ASAN xidmət" mərkəzlərində göstərilməsinə baxmayaraq, bu işi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları həyata keçirir. 

Dövlət Vergi Xidmətindən "Report"a bildirilib ki, məsələ ilə bağlı dəqiqləşdirmə aparılır.

Xatırladaq ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA