"SƏRVƏTİ VƏ TİTULLARI ARAŞDIRILMALIDIR" - Hacıbala Abutalıbov Ramiz Mehdiyevi "topa tutdu"
24-08-2020 [15:13]
Hacıbala Abutalıbov,
YAP İdarə Heyətinin üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor
***
Elə cinayətlər vardır ki, onlar heç zaman bağışlanılmır, bu cinayətlər millətə, vətənə və dövlətə qarşı edilən xəyanətlərdir. (Aleksandr Düma)
İnsanları yaxşı tanımağın en düzgün ani onlardan ayrılarkən baş verir. Çünki o vaxt saxta üzlər tez üzə çıxır. (Anton Çexov)
***
Müasir dünyanı, həmçinin Azərbaycanı bürüyən qlobal transformasiyalar və neqativ çağırışlar dövründə, eyni zamanda pandemiyanın tüğyan etdiyi bir şəraitdə ciddi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, bəzi yüksək rütbəli məmurlar, o cümlədən Azərbaycan Respublikası Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev tutduqları vəzifələrdən sui-istifadə edərək, qanunların aliliyinə məhəl qoymur, onları istədikləri kimi tapdalayır və pozurlar.
Buna misal olaraq Ramiz Mehdiyevin bu yaxın günlərdə karantin qaydalarına zidd olaraq dəbdəbəli və təmtəraqlı şəraitdə bir çox vəzifəli, eləcə də vəzifədən uzaqlaşdırılmış keçmiş məmurların iştirakı ilə nəvəsinə toy etməsi hadisəsinə münasibət bildirməyimizi bir vətəndaş olaraq özümüzə borc bilirik. Açığı, kütləvi informasiya vasitələrində bu xoşagəlməz hadisənin işıqlandırılması Azərbaycan vətəndaşlarının əksər təbəqələrində Ramiz Mehdiyevə qarşı dərin nifrət və ikrah hissini oyatmış, xalqın böyük əksəriyyətinin qəzəbinə səbəb olmuşdur.
Dünya praktikasında qəbul olunmuş etik davranış qaydalarına görə istənilən yüksək rütbəli vəzifə sahibləri başqalarına öz əməli fəaliyyəti ilə nümunə olmalı, şəxsi mənəvi və əxlaqı keyfiyyətləri ilə işlədiyi sferada qanunun aliliyini təmin etməlidirlər.
Təəssüf hissi ilə də olsa, qeyd etməliyik ki, Ramiz Mehdiyevin və onun ətrafının bu qanuna zidd olan hərəkətləri nəinki milli həmrəyliyin, insanlar arasındakı sosial bərabərliyin möhkəmlənməsinə xidmət etmir, əksinə, hakimiyyət iyerarxiyasında təmsil olunan məmurların özbaşınalığı, xalqdan ayrı düşməsi kimi mənfi təsəvvürlər yaradır. Bu isə son nəticədə əsası Ulu Öndər Heydər Əliyevimiz tərəfindən qoyulmuş və bu gün də ölkə başçımız cənab İlham Əliyevimiz tərəfindən ictimai həyatımızın bütün istiqamətləri üzrə uğurla aparılan dövlətçilik məfkurəsinin, müstəqil daxili və xarici siyasətimizin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, dərin zəka sahibi Mehriban xanımımızın gələcək xoşbəxt Azərbaycan dövlətçiliyinin yaranması üçün apardığı yorulmaz səylərinin, Qarabağ müharibəsi fonunda milli barışığa, eləcə də həmrəyliyin bərqərar olmasına böyük zərbə vuran bir addım kimi qiymətləndirilməlidir.
Cəmiyyətimizdə baş verən bütün bu deyilənləri və acı həqiqətləri məntiqi ardıcıllıqla təhlil süzgəcindən keçirərkən bugünkü günümüz və gələcək inkişafımız naminə qətiyyətlə bildirməliyik ki, milli müstəqilliyimizi, eləcə də dövlətçiliyimizi qorumaqdan ötrü ayrı-ayrı kimliyindən, mənliyindən, tutduğu vəzifəsindən və partiya mənsubiyyətindən asılı olmayaraq, xalqa, millətə qarşı sayğısızlıq, hörmətsizlik edən ikiüzlü, insan libasında gəzən, əfi ilan dərisində sürünən riyakar adamlar tərəfindən atılan qərəzli, məkrli addımların qarşısı birmənalı şəkildə alınmalıdır.
Təəssüf hissi ilə də olsa, göstərməliyik ki, bəzi məmurlar yüksək vəzifələrdə işləyərkən dövlətin onlara etibar etdiyi səlahiyyətlərdən sui-istifadə edərək, xalqla dövlət arasında uçurum yaradır. Bu, həm də təbii olaraq sadə insanlarda məmurlara qarşı istehza və nifrət hisslərini gücləndirir. Bu məmurların çirkin əməlləri sayəsində qeyri-qanuni yollarla əldə etdikləri maddi-mənəvi sərvətlər və titullar dövlət tərəfindən araşdırılaraq öz hüquqi qiymətini almalıdır. Şübhə etmirik ki, xalqın səbr kasasını daşıran bu tip adamlar öz layiqli cəzalarını alacaqlar. Əks halda, əldə etdiyimiz uğurlar tərəqqiyə deyil, tənəzzülə doğru yuvarlana bilər.
Bu mənada qədim yunan filosofu Platonun təbirincə desək, “Dövləti sırtıq uşaqlar və həyasız qocalar idarə edəndə haqq-ədalət, şərəf və ləyaqət tərəzisi pozulur” və görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin "Qorxuram dünyaya bir zaman gələ, insanlar yaşaya, insanlıq ölə" kəlamları bu günümüzün acı həqiqətləri ilə həmahəng səslənir.
P.S. Mən nankorluğu lənətləyərkən, yaxşı tanıdığım insanları hər gün tanımaq istəyirəm. Nankor insanların səlahiyyət kürsüsündə bir daşı artdıqca, kişilik kürsüsündən bir daş aşağı düşür.
APA
Qəzzada daha 24 fələstinli həlak olub
Müğənni Təranə Qumral: "Musa məni atıb gedə bilməz..."
Klublar Birliyi istefanı qəbul etmədi - "Ali Koçla yola davam!"
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə müzakirə aparıb - XİN-dən açıqlama
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var