SİYAVUŞ NOVRUZOV İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİ: "Məni vəzifədən azad edin"

img

24-08-2020 [11:45]


Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov partiyanın Sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib.

Mia.az xəbər verir ki, bu barədə YAP-ın Mətbuat Xidməti məlumat yayıb.

Xatırladaq ki, S.Novruzov avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qızının toy mərasimində iştirak edib.

Nəticədə S.Novruzov xüsusi karantin qaydalarını pozduğuna görə 400 manat məbləğində cərimə olunub. Həmçinin S.Novruzova YAP tərəfindən töhmət elan edilib. Dünənsə o, bəyanat yayaraq, Ramiz Mehdiyev tərəfindən aldadılaraq tpya çağırıldığını bildirib.

Hazırda S.Novruzov Milli Məclisin deputatı, parlamentin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədridir.


Digər xəbərlər
SON XƏBƏRLƏR