Azərbaycan XİN Ukraynanı təbrik etdi

img

24-08-2020 [10:31]


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Mia.az xəbər verir ki, təbrik mətni XİN-in rəsmi “Twitter” səhifəsində yer alıb.

“Ukraynanı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik. İnanırıq ki, ənənəvi Azərbaycan və Ukrayna əlaqələri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək. Bu bayram günündə dost Ukrayna xalqına möhkəm cansağlığı, davamlı sülh və rifah diləyirik”, - qeyd olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR