Bahar Muradovdan Ramiz Mehdiyevin nəvəsinin toyunda iştiraketmə xəbərinə sərt - Reaksiya
23-08-2020 [23:32]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Mia.az xəbər verir ki, B.Muradova ictimai rəyi və onu nəzərə almağı vacib hesab etdiyini vurğulayıb:
"Hər zaman insanların istənilən məsələ ilə əlaqədar öz fikirlərini İfadə etməyə olan haqqına hörmətlə yanaşmışam.Hətta şəxsimə yönəlik kəskin tənqidi mövqe və ya qərəzli fikirlərə etik çərçivələrə sığmadığı hallarda belə dərhal reaksiya verməyin tərəfdarı olmamışam.
Bir növ dözümlü olmağın səbrsiz və düşünülməmiş hərəkətlərdən üstün olduğu qənaətində olmuşam. Son sözünü əvvəldə deyənlərin hec də yaxşı olmayan aqibətləri də mənim bu qənaətimi möhkəmləndirməkdədir.
Bir də ki, tədbirli adamların hec vaxt yalanları isbatlamağa çalışmamasının doğru yol olduğuna inanıram. Çünki söylənilənlərin həqiqət olmadığını hər kəsdən daha yaxşı o bilir. Yalançılar isə bir qayda olaraq dəlil sübutsuz olduqlarından bir yalanı min dəfə söyləməklə məqsədinə çatacağını düşünür.
Bir də ki, səsi özünə xoş gələn zəvzəklərin xorda, özü də xaric oxuduqlarını anlatmaq çox çətin məsələdir və faydasız bir işdir. Nəhayət, sözüm mənə qulaq asanlara deyil, dinləyib eşidənlərədir.
Dəyərli soydaşlar, sizi bildiklərinizə bir daha əmin etmək istəyirəm ki, pandemiya başlayandan bu günədək heç bir kütləvi tədbirdə, o cümlədən toy, nişan və yas mərasimində iştirak etməmişəm. Baxmayaraq ki, son iki ayda doğmalarımdan iki əziz insanı itirmişəm. Bu barədə nə məlumatın yayılmasına, nə də ki, yas mərasımlərinin keçirilməsinə imkan verməmişəm.
Koronavirus səbəbindən çoxsaylı itkilərimz, eləcə də İyul Şəhidlərimizə rəğmən şadyanalıq etməyə, üstəlik də insanların həyatını təhlükəyə atmağa heç bir lüzum görmürəm. Bunu məsuliyyətsizlik, öz istəklərini hər şeydən üstün tutmaq kimi dəyərləndirir, möhtərəm Prezidentimizin bu məsələlərə dair mövqeyinə zərbə kimi qəbul edir və belə tədbirlərə aidiyyəti olmayan adamları dəvət edib gündəmi dəyişənləri şiddətlə qınayıram. Yalan-palan həvəskarlarını isə nəhayət bu yoldan dönməyə,cəmiyyətimizi,ayrı-ayrı insanları hədəf seçərək heç bir çərçivə gözləmədən əndazəni aşan hərəkətlərdən çəkinməyə çağırıram.
Son iki gün ərzində mənim ünvanıma öz düşüncələrinə və mahiyyətlərinə uyğun fikirlər səsləndirən, status, şərh və açıqlamalarla çıxış edən hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub