Siyavuş Novruzovla Ombudsmanın cərimələnməsi: burada qanun pozuntusu var?
23-08-2020 [15:57]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov və Ombudsman Səbinə Əliyeva karantin rejimi ilə bağlı qaydaları pozaraq AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak etdikləri üçün cərimələniblər.
Daxili İşlər Nazirliyi (DİN) bu şəxslərin hər birinin 400 manat məbləğində cərimələndiyi barədə məlumat yayıb.
Lakin bəzi hüquqşünaslar sosial mediada bunun qanun pozuntusu olduğunu, deputat və Ombudsmanın toxunulmazlıq hüququ olduğu üçün inzibati məsuliyyətə cəlb edilməsinə qanunun yol vermədiyini yazırlar.
Mia.az xəbər verir ki, hüquqşünas Şamil Paşayev APA-ya bildirib ki, bunu deyənlər qanunun müddəalarını qarışdırırlar: "Deputat və ya Ombudsmanın İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə cərimə edilmələri tam qanuna uyğundur. Konstitusiyaya görə, Milli Məclisin deputatı toxunulmazdır və barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. İndiki halda isə deputatı məhkəmə deyil, mərkəzi icra hakimiyyəti orqanı, bu halda DİN məsuliyyətə cəlb edib və İXM 211.1-ci maddəsi ilə cərimələyib. Burda da heç bir qanun pozuntusu yoxdur".
Hüquqşünas qeyd edib ki, eyni hal Ombudsmana da şamil edilir: ""Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununa əsasən müvəkkil səlahiyyət müddəti ərzində toxunulmazdır və onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Göründüyü kimi, burda da söhbət məhkəmə qaydasında məsuliyyətlə bağlı immunitetdən gedir. Mərkəzi icra hakimiyyəti orqanının Ombudsmanı cərimələməsi onun toxunulmazlıq hüququ ilə tərs mütənasiblik təşkil etmir".
Qeyd edək ki, Nazirlər Kabinetinin 17 iyul tarixli qərarı ilə ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb.
Karantin rejimi dövründə bir sıra qadağalar tətbiq edilib, həmçinin, toy və yas mərasimlərinin də keçirilməsi qadağan olunub.
AMEA prezidenti Ramiz Mehdiyev isə bu dövrdə qız nəvəsinə toy edib. Toyun təşkilatçıları - Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev və qudası məhkəmə qərarı ilə 15 sutka həbs ediliblər. Toyda iştirak edən bəzi məşhurlar-akademiklər Əli Abbasov, Abel Məhərrəmov, deputat Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, rektor Murad Adıgözəlzadə, müğənni Aysel Teymurzadə isə cərimələniblər.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub