Ermənistan Azərbaycana qarşı təxribat törədib

img

23-08-2020 [13:49]


Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları - 2020” yarışmalarında Ermənistan Azərbaycana qarşı təxribat törədib.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, təxribat beynəlxalq yarışmada iştirak edən ölkələrin mədəniyyətlərinin sərgisi zamanı yaşanıb.

Azərbaycan Respublikasının milli musiqi alətləri olan tar, saz erməni milli musiqi alətləri kimi sərgi iştirakçılarına təqdim olunub.

Azərbaycan nümayəndə heyyəti artıq təşkilatçılara bu barədə öz narazılıqlarını bildirib.

Nəzərinizə çatdıraq ki, Azərbaycanın da qatıldığı hərbi oyunlar bu gün başlayıb və sentyabrın 5-nə kimi davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR