Əli Əhmədov Ramiz Mehdiyevin nəvəsinin toyuna belə reaksiya verdi: "Heç kimə ayrıca imtiyazlar verilməyib..."
22-08-2020 [19:19]
“Bəşəriyyətin böyük bəlasına çevrilmiş COVID-19 pandemiyasına qarşı mübarizə bütün dövlətlərin, o cümlədən Azərbaycan dövlətinin gündəliyində başlıca məsələdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əhalinin sağlamlığının qorunması, ölümcül virusun yayılmasının qarşısının alınması istiqamətində sistemli və səmərəli işlər görülməkdədir. Dövlətimizin böyük imkanları bu istiqamətdə səfərbər edilib, xəstəliyə yoluxma hallarının ciddi şəkildə azalmasına nail olunub. İndi əsas məqsəd əldə olunan müsbət nəticəni qoruyub saxlamaq, koronavirusun yenidən geniş yayılmasının qarşısını almaqdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı əsasında tətbiq edilən sərt karantin rejimi və məhdudlaşdırıcı tədbirlər əhalinin sağlamlığının qorunması kimi vacib dövlət vəzifəsinin yerinə yetirilməsini nəzərdə tutur”.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov söyləyib.
Baş Nazirin müavini bildirib ki, əhalinin sağlamlığının qorunması naminə dövlətin həyata keçirdiyi məhdudlaşdırıcı tədbirlərə, karantin rejiminə əməl edilməsi vəzifəsindən və ictimai mövqeyindən asılı olmayaraq hər bir vətəndaşın borcu olmalıdır:
"Əhalinin sağlamlığına təhlükə yaradan hərəkətlərin qarşısı qətiyyətlə alınmalı, belə hərəkətlərə yol verənlərin əməlləri isə kəskin şəkildə pislənməlidir. Karantin rejiminə, məhdudlaşdırıcı tədbirlərin tətbiqinə məhəl qoymadan kütləvi mərasimlərin təşkili hökumətin qəbul etdiyi zəruri qərarlara hörmətsizlik kimi qiymətləndirilməlidir.
Çox təəssüf edirəm ki, haqqında danışdığımız qadağalara baxmayaraq, bir neçə gün əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. Yeni ailə quran gənclərə xoşbəxtlik arzulamaq bizim ən ülvi milli adət-ənənələrimizdəndir. Lakin toy mərasiminin COVID-19 pandemiyası dövründə mövcud qadağalara məhəl qoyulmadan keçirilməsi və sosial şəbəkələrdə geniş müzakirələrə, əhalinin haqlı narazılığına səbəb olması bizi məyus etməyə bilməz.
Yeni Azərbaycan Partiyası ölkənin iqtidar partiyasıdır. Partiyamız bütövlükdə və onun hər bir üzvü ayrılıqda qanunlara nəinki riayət etməli, hətta bu işdə hər kəsə nümunə olmalıdır. Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunların aliliyi təmin olunub. Heç kimə ayrıca səlahiyyətlər, üstünlüklər və ya imtiyazlar verilməyib və verilə bilməz.
Mənim dediyim bu sözlər, ilk növbədə, Yeni Azərbaycan Partiyasının üzvlərinə aiddir. Belə olan halda partiya üzvlərindən kiminsə xüsusi imtiyazlara sahib olduğunu düşünməsi anlaşılmaz və yolverilməzdir. Hesab edirəm ki, karantin qaydalarının kobud şəkildə pozulmasına görə toy sahiblərinin qanunla cəzalandırılması hamıya ibrət olmalıdır.
Sözügedən toy mərasimində iştirak edən partiya üzvlərinin partiya məsuliyyətini dərk edirik və zəruri tədbirlərin görülməsi, inanıram ki, təmin olunacaqdır. Mən bütün partiya üzvlərini COVID-19 pandemiyası dövründə tətbiq edilən karantin rejiminin tələblərinə riayət etməyə dəvət edirəm. Düşünürəm ki, gələcəkdə bu cür hallara bir daha yol verilməyəcək”.
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var