Ceyhun Bayramov: "Bu, Türkiyənin regionda və beynəlxalq aləmdə qüdrətini daha da artıracaq"

img

22-08-2020 [15:32]


Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Xarici İşlər Naziri Mövlud Çavuşoğlunu ölkəsinin Qara dənizdə təbii qaz yatağını kəşf etməsi münasibətilə təbrik edib.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov  həmkarı ilə söhbətində bu uğurun Türkiyə iqtisadiyyatının səmərəliliyinin artırılmasına böyük töhfə olacağına,  qardaş Türkiyə xalqının rifahının daha da yüksəlməsinə əhəmiyyətli təsir edəcəyinə, Türkiyənin regionda və beynəlxalq aləmdə qüdrətinin daha da artacağına əminliyini ifadə edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA