Deputat Qənirə Paşayeva: “Heç kim dövlətə meydan oxuya bilməz”
22-08-2020 [15:02]
"Bu günlərdə sosial mediada, bəzi KİV-də yayılmış, yüksək vəzifələr daşımış, hazırda da yüksək titul və vəzifə daşıyan şəxslərin iştirakı ilə keçirilmiş toy mərasimi ilə bağlı materiallarla tanış olduqda, doğrusu, öncə inanmağım gəlmədi. Düşündüm ki, yanlış informasiya olar, ayrı vaxt baş tutmuş toydan “montaj” olar və s. Lakin sonra toyun bəzi iştirakçıları faktı təsdiq etdikdə, bir vətəndaş, bir Millət vəkili olaraq, bundan çox təəssüf hissi keçirdim. İlk növbədə, ona görə ki, özü örnək göstərməli olan yaşı, daşıdığı vəzifə etibarı ilə mənəvi məsuliyyətdən heç cür kənarda tutula bilməyəcək şəxsin ailəsində toy olması, yüzlərlə təxirə salınmış toy yiyələrində ikili hisslər doğuracaq: qayda-qanun hamı üçün deyilmi?! Üstəlik, bu toyu edən, orada iştirak edən bir sıra yüksək titul və vəzifəli şəxslər, karantin qaydalarına əməl etməkdən, hətta, bu qaydaların sərtləşdirilməsindən dəfələrlə danışıb, yazıbsa, indi bu ikiləşməni necə izah etmək olar?”
Mia.az xəbər verir ki, bunu APA-ya açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.
Millət vəkili bildirib ki, burada işin ən bağışlanmaz tərəflərindən biri də, üzrxahlıq etməkdənsə, özünü haqlı çıxarmaq və yaxud susmaqdır: “Heç bir vəzifəli şəxs, cənab Prezidentin “Heç kəs qanundan üstün deyil”, “Qaydlar hamı üçündür” kimi fikirlərini, cənab Prezidentin şəxsi nümunəsini, özəliklə karantin dövründəki örnək addımlarını, çağırışlarını unutmamalıydı!
Mən məsələnin hüquqi tərəfini gözardı etmədən, daha çox mənəvi məsuliyyətini qeyd etmək istərdim.
Elə bilirəm, aktiv sosial media iştirakçılarının, ictimai fikri qidalandıran ziyalıların, sadə vətəndaşların verdiyi reaksiyalar da birmənalı şəkildə, toy sahibiləri və iştirakçılarını haqlı qınağa tutur, onları izahata, üzrxahlığa dəvət edir. Onlar bunu etməyə özlərində güc tapmalıdır. Məsələnin hüquqi tərəflərinə gəlincə, cənab Prezidentin də söylədiyi kimi, heç kəs qanundan üstün deyil, bütün vətəndaşlar statusundan, imkanlarından asılı olmayaraq qanun qarşısında bərabərdir və cəmiyyətimiz bir daha bunun şahidi olur”.
Q. Paşayeva bildirib ki, vəzifəsindən və mövqeyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir: “Heç kim qanunlardan üstün deyil, heç kim dövlətə meydan oxuya bilməz”.
Xatırladaq ki, bu günlərdə Ramiz Mehdiyevin nəvəsinin toyu olub. Orada bir çox vəzifəli şəxslər, deputatlar iştirak ediblər. Bu gün isə Ramiz Mehdiyevin toy edən kürəkəni İlham Əliyevə 15 sutka həbs cəzası verilib.
Mia.az
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR