YAP Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Siyavuş Novruzovla bağlı qərar verdi

img

22-08-2020 [12:55]


COVID-19 pandemiyasının yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozduğuna görə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzova töhmət elan edilib.

Mia.az xəbər verir ki, bu barədə YAP-dan açıqlama yayılıb.

Bildirilib ki,  Yeni Azərbaycan Partiyası partiyanın bütün üzvlərini tətbiq edilən zəruri karantin rejiminin tələblərinə əməl etməyə, əhalinin sağlamlığına təhlükə yaradan əməllərə yol verməməyə çağırıb. 

Xatırladaq ki, S.Novruzov AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin bu günlərdə keçirilən toyunda iştirak edib. O, karantin rejimində keçirilən toyda iştirakı ilə bağlı  suala "çağırıblar, iştiark etmişəm" deyərək, dolayısı ilə özünə haqq qazandırıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR