Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlə bağlı Beynəlxalq İşçi Qrupunun hesabatı yayıldı
21-08-2020 [14:35]
ABŞ-ın Los-Anceles şəhərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi nifrət cinayətinə dair bu gün Beynəlxalq İşçi Qrupunun hesabatı yayılıb.
Mia.az-ın məlumatına görə, hesabatla bağlı keçirilən onlayn mətbuat konfransını giriş sözü ilə açan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev qeyd edib ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin, MG Consulting şirkətinin və Şəffaflıq Azərbaycan təşkilatının təşəbbüsü ilə yaradılmış Beynəlxalq işçi qrupunun 21 iyul 2020-ci il tarixdə ABŞ-ın Los-Anceles şəhərində dinc aksiya keçirən azərbaycanlıların erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya məruz qalması və qeyri-insani nifrət hissi ilə ülzəşməsinə dair elmi-analitik hesabat hazırlanmışdır. Bu işçi qrupunda beş ölkədən (Azərbaycan, ABŞ, Türkiyə, Rusiya və Ukrayna) 10 nəfər tanınmış hüquqşünas alim iştirak etmişdir.
Hesabatda ermənilər tərəfindən zorakı Los-Anceles hücumunun Kaliforniya qanunları ilə və beynəlxalq hüquqi müstəvidə nifrət cinayəti hesab edilib-edilməməsi barədə mülahizələr yer alır. Ermənilərin azərbaycanlılara qarşı analoji zorakılığı digər dövlətlərdə də baş vermişdir.
Praktik təhlil kimi məhz Los-Ancelesin (ABŞ) seçilməsi fəa-liyyəti bilavasitə demokratiya, hüququn aliliyi və insan hüquqlarının mühüm beynəlxalq standartlarla müdafiəsi siyasəti üzərində qurulan ABŞ-da insan hüquqları və əsas azadlıqlarının yüksək səviyyədə təmin edilməsinin uzun illərdir böyük tarixə və təcrübəyə malik olması, məhkəmələrin bu sahədə geniş və əhəmiyyətli praktikasının olması ilə əlaqədardır. Sonda Los-Anceles zorakılığının ABŞ-da ciddi araşdırılacağına və müvafiq praktikanın dünya¬da bir presedent hal kimi möhkəmlənəcəyinə İşçi qrupunda çox böyük inam vardır.
Təqdirəlayiq haldır ki, ABŞ dövlət orqanlarının da məsələyə münasibəti çox da gecikməmişdir. Belə ki, 28 iyul 2020-ci il tarixdə Los Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los Ancelesdəki baş konsulluğuna məktub ünvanlayaraq, 21 iyul 2020-ci il tarixdə etnik azərbaycanlılara qarşı baş verən zorakılığı kəskin şəkildə qınadığını bildirib. Bundan başqa, kadrlardan və video müşahidələrdən göründüyü kimi polisin çox ciddi çalışmasına baxmayaraq münaqişənin qarşısını almaq mümkün olmayıb. Bütövlükdə, işçi qrupunun Los-Anceles polisinin etnik ermənilərin etnik azərbaycanlılara qarşı zorakılığını ciddi və qətiyyətlə alması istiqamətində var gücü ilə çalışmasında heç bir şübhəsi yoxdur.
Qeyd edilənlər işçi qrupunda ermənilər tərəfindən Los-Ancelesdə insan hüquqlarının kobud pozuntusuna müvafiq qurum¬lar tərəfindən real hüquqi qiymət verilməsinə ümidləri bir daha möhkəmləndirmişdir.
Sonda, İşçi qrupu adından professor Əmir Əliyev bir daha ABŞ-da demokratiya və hüququn yüksək aliliyini, tarixən formalaşmış və mühüm beynəlxalq standartlarla bu gün də davam edən insan hüquqları siyasətini, ona işçi qrupunun böyük rəgbəti, hörməti və ümidlərini bildirmişdir. Statistikaya görə bəzi dövlətlərdə qərəzlilik zəminində cinayətlərin çoxunun qurbanları ya qisasdan qorxduqlarına, ya da zərəri kiçik hesab etdiklərinə görə insidentlər haqqında ümumiyyətlə məlumat vermirlər. 21 iyul zorakılığı bu baxımdan istisnadır və qurbanların hamısı faktların bu hesabata daxil edilməsinə kömək etməyə razılıq veriblər, çünki ABŞ-ın ədalət mühakiməsinə tam etibar edir və inanırlar ki, ABŞ hökuməti onları ermənilərin gələcək hücumlarından müvafiq müdafiə ilə təmin edəcəkdir.
Nəhayət, Əmir Əliyev işçi qrupunun üzvləri adından Hesabatın dərc edilməsində dəstəyinə görə BDU-nun rektoru Elçin Babayevə və MG Consulting şirkətinin direktoru Məhəmməd Quluzadəyə öz minnətdarlıqlarını bildirmişdir.
Şəffaflıq Azərbaycan təşkilatının rəhbəri, tanınmış hüquqşünas Əliməmməd Nuriyev qeyd etdi ki, qeyd edilən zorakılıq faktlarına görə Los-Ancelesin hüquq mü¬ha¬fizə orqanlarının nifrət zəminində cinayət maddəsi üzrə cinayət işi başlaması və iyulun 21-də ermənilər tərəfindən törədilmiş “kütləvi zorakılığı” nifrət zəminində cinayət kimi araşdırması üçün tam olaraq qanunverici və faktoloji əsas vardır. “Bərabərlik prinsipinə sadiq olan cəmiyyət qərəzlilik zəminində cinayətləri digər cinayətlərdən fərqləndirməli və bu cinayətlərə görə daha ağır cəza təyin etməlidir”.
Bunu nəzərə alaraq hesabatın sonunda oxşar hadisələrin ABŞ və digər dövlətlərdə gə¬ləcəkdə qarşısının alın¬ma¬sına yönələn müraciətlər yer alır. Belə ki, müvafiq dövlət, o cümlədən hüquq-mühafizə orqanları etnik azərbaycanlılara qarşı etnik ermənilər tərəfindən ciddi nifrət və kinin olmasında məlumatlı olmalıdırlar ki, gələcəkdə zorakılıqların qarşısını alsınlar.
MG Consulting şirkətinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadə bu istiqamətdə mühüm faktları əsaslı dəlillərlə prezentasiya edərək qeyd etdi ki, hesabatın məqsədi şahid ifadələri, foto-video materiallar, elmi mənbələr, məhkəmə işləri və beynəlxalq hüquqi sənədlər əsasında Los-Anceles şəhərində azərbaycanlılara qarşı erməni diasporu nümayəndələrinin törətdiyi əməlləri nifrət cinayəti kimi sübuta yetirmək və ABŞ-ın müvafiq hüquq-mühafizə və digər orqanlarına, eləcə də insan hüquqları sahəsində çalışan təşkilatlara ingilis dilində ətraflı məlumat təqdim etməkdir.
21 iyul 2020-ci il tarixində Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu ilə üzbəüz 3000-5000 erməni etiraz aksiyası keçərərkən buna 30-60 azərbaycanlı etirazçı çıxışı etmişdir. Getdikcə gərginliyin artdığını görən Los-Anceles polisi azərbaycanlılara təhlükəsiz təxliyə dəhlizi yaratmaq qərarına gəlir. Lakin 200-300 aqressiv er¬məni azərbay¬can¬lı¬ları tə¬qib edib, etiraz aksiyası yerindən təxminən 300 metr ara¬lıda nif¬rət hissi ilə onları zora¬kılığa məzruz qoymuşdur. Hücum zamanı ermənilər buzlu su butulkaları, daşlar, taxta də¬yə¬nək, parkovka konusu, çəkic və digər alətlərdən istifadə etmişlər. Hücum nəticəsində 20-yə yaxın azərbaycanlı fiziki zorakılığa məruz qalmış, o cümlədən yeddi azərbaycanlı (bir qadın da daxil olmaqla) və bir polis məmuru bədən xəsarətləri almış, onlardan dördü tibbi müalicə almışdır. Bir nəfər ikinci dərəcəli beyin silkə¬lənməsi diaqnozu ilə evdə üç həftə müalicə almışdır.
Üç şahid bildirmişdir ki, etiraz zamanı bir neçə erməninin qadağan edilmiş erməni terror təşkilatı ASALA-nın loqosu və adı olan paltar geyindiyini görmüşdür (bu fakt foto və vi¬deo sübutları ilə də təsdiqlənmişdir).Hadisədən sonra, ermənilər azərbaycanlıları döydüklərini nümayiş etdirən videoları sosial şəbəkədə xüsusi fəxr hissi ilə paylaşmış, etnik türklərin və azərbaycanlıların ünvanlarını tapmaqda kömək edənlərə 500 ABŞ dol¬la¬rı mükafat təklif etmiş və azərbaycanlı hamilə qadınlarının qətlə yetirilməsinə dair çağırış etmişlər.
Daha sonra, Məhəmməd Quluzadə qeyd etdi ki, Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı zorakılığı Kaliforniyanın federal qanunvericiliyində, eləcə də milli və etnik mənsubiyyətə əsaslanan ayrı-seçkiliyi qadağan edən insan hüquqlarına dair beynəlxalq sənədlərdə əks olunmuş nifrət zəminində cinayətlər anlayışının əhatə dairəsinə açıq-aydın düşür.
Digər çıxış edənlər – hüquq üzrə elmlər doktoru Turqay Hüseynov, Ankara Universitetinin Hüquq fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Cavid Abdullazadə, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Bəhruz Məhərrəmov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Ümüd Mirzəyev, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev və b. çıxış edərək hesabatın əhəmiyyətini və beynəlxalq praktikaya söykəndiyini qeyd etdilər.
Sonda, İşçi qrupu tərəfindən ABŞ-ın müvafiq hakimiyyət, hüquq mühafizə orqanları və digər qurumlarına aşağıdakı is¬tiqamətlərdə müvafiq tədbirlərin həyata keçirilməsi üzrə bir sıra müraciətlər edilmişdir. Məsələn, Los-Ancelesdə etnik ermənilərin nifrət zəminində etnik azərbaycanlılara hücum etməsinə hüquqi qiymət verilməsi və təqsirkar şəxslərin nifrət cinayəti əsasında məsuliyyətə cəlb edilməsi ilə bağlı hərtərəfli araşdırmanı davam etdirməklə bu işə ciddi nəzarət edilməsi; etiraz nümayişini təşkil etmiş ANCA-nın nifrətə əsaslanan zorakılığa təhrikçiliyə görə məsuliyyətə cəlb edilməsi, o cümlədən müsahibəsində nifrət, ayrı-seçkilik və zorakılığı aşılayan fikirlər bildirildiyinə görə ANCA tərəfindən müsahibəni silməklə rəsmi üzr istənilməsi; iki erməni terror təşkilatı – ASALA və “Daşnaksütyun”un ABŞ-da güman edilən gizli dayaqlarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi; Los-Ancelesdə və ondan kənarda etnik ermənilər tərəfindən gələcəkdə nifrət zəminində baş verə biləcək cinayətlərin davamlı monitorinqinin aparılmasının nəzərdə tutulması; və s.
Hesabat Azərbaycan və ingilis dillərində dərc edilib. Hesabatın ABŞ-da, Azərbaycanda və digər ölkələrdə 100-dən çox milli və beynəlxalq qurumlara göndərilməsi nəzərdə tutulur.
Hesabat BDU Hüquq fakültəsinin, MG Consulting şirkətinin və Şəffaflıq Azərbaycan təşkilatının saytlarında yerləşdiriləcəkdir.
Mətbuat konfransında 30-dan çox kütləvi informasiya vasitəsi nümayəndəsi və digər mütəxəssislər iştirak etmişdir.
Hesabatın sonunda mətbuat nümayəndələrinin sualları İşçi qrupu tərəfindən cavablandırılmışdır.
Türkiyə Pakistana başsağlığı verib - 63 nəfərin ölümü ilə bağlı
Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb - FOTO
Azərbaycanla daha bir ölkə arasında viza tələbi qaldırılır
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
Çingiz Abdullayev sağalıb - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Yunanıstanda etiraz: işçilər bir günlük işə çıxmayacaq
Daha bir prezident COP29-a dəvət olunub
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Eldar Əzizov müxalifətin mitinq tələbinə "yox" dedi
Daha bir sabiq deputat vəfat edib
“AFB Bank” zərər edib
Rəsmi Moskvadan sülhməramlıların Azərbaycandan vaxtından əvvəl çıxarılması haqda - Açıqlama
Jurnalist Cəmil Məmmədliyə hökm oxunub
Prezidentin köməkçisi yeni sədri kollektivə təqdim edib
Azərbaycanda film kimi olay: kişi evli ola-ola başqası ilə nigaha girib - "İkinci qadın vərəsə ola bilməz"
Sabiq deputat Hadı Rəcəbli 76 yaşında qəfil vəfat edib - Səhərə yaxın... (Yenilənib)
Qəzzada ölənlərin sayı hər gün artır
İstanbulda azərbaycanlı azyaşlı qız kimsəsiz kimi xəstəxanaya yerləşdirilib - Konsulluq və İşçi Qrupu nə işlə məşğuldur?
9 milyon manatlıq mənimsəmə... - “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbərinin cinayət işi yekunlaşıb
Yeni Ədliyyə naziri adaşını vəzifədən çıxardı - DİN-in şöbə rəisi nazirliyə gətirildi (YENİLƏNİB)
Sabahın hava proqnozu açıqlandı
Tofiq Quliyev Avropa çempionu olub
Xəzər TV-nin aparıcısının maşını aşdı: Aytən Səfərova xəstəxanaya yerləşdirilib, ölən var (Yenilənib)
"Təhdid və təzyiq dili ilə danışmaq heç bir nəticə verməyəcək" - Rəsmi Bakı Fransanın bəyanatına cavab verdi
Ermənistandan sərhəddə daha bir təxribat: kəşfiyyat uçuşu həyata keçirən kvadrokopter ələ keçirildi - FOTOLAR
lham Əliyev Baş katibi qəbul edib - FOTO (Yenilənib)
Baxçalı İranın İsrailə hücumunu "teatr" adlandırıb - Açıqlama
"Qalatasaray" italyan futbolçuya qiymət qoydu - 25-30 milyon avro...
Azərbaycan nefti bahalaşıb
Fələstin BMT-yə tamhüquqlu üzv olur? - Məsələ səsverməyə çıxarılır, ABŞ veto siqnalı verdi
Türkiyə dəniz polisi daha 25 miqrantı xilas edib
ZİYANLI VƏRDİŞLƏR
Məşhur aktyorun xanımı tanınmış jurnalistdən uşaq doğub? - Qalmaqal
Naxçıvanda daha iki dövlət qurumunda yoxlama gedir
Makron Bakıdakı səfirini məsləhətləşmə üçün geri çağırıb: "Azərbaycanla münasibətlərdə maraqlıyıq" - Fransa XİN açıqlama yaydı
Çempionlar Liqası: İspaniyanın daha bir komandası sürpriz yaşadı