Millimizin futbolçusu Ukrayna klubunda rəmzi komandaya düşdü

img

21-08-2020 [12:12]


Ukraynanın "Dnepr" klubun yetişdirdiyi ən yaxşı futbolçulardan ibarət rəmzi komanda bəlli olub. 

"Report" "Sport.ua" saytına istinadən xəbər verir ki, siyahıda Ukrayna “Aleksandriya”sında çıxış edən Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayev də var. 

32 yaşlı oyunçu "Dnepr"in yetişdiyi ən yaxşı sol cinah müdafiəçisi hesab edilib. 

Qeyd edək ki, Pavel Paşayev 2017-ci ildən "Aleksandriya"da çıxış edir. O, 16 yaşında "Dnepr"in akademiyasına keçib. Paşeyev 2008-2010-cu illərdə "Dnepr"in əsas komandasında olub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR