Azərbaycan Gürcüstandan dondurulmuş ət tədarükünü kəskin artırıb

img

21-08-2020 [12:06]


Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 1 740 ton dondurulmuş mal əti idxal edib.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Qonşu ölkənin Azərbaycana ixrac etdiyi dondurulmuş qida məhsulunun ümumi dəyəri 7,3 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni göstəricisi ilə müqayisədə Azərbaycanın Gürcüstandan tədarük etdiyi dondurulmuş mal ətinin həcmi 120,8 dəfə artıb.

Hesabat dövründə qonşu ölkədən Azərbaycana 2,2 milyon ABŞ dolları dəyərində 905,6 ton dondurulmuş balıq əti də ixrac olunub. İllik müqayisədə bu məhsulun həcmində 44,8 dəfə artım qeydə alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR