"Otağa girən kimi gicgahına atəş açıb və..." - "Lotu Quli" hansı vəziyyətdə güllələnib? 

img

20-08-2020 [18:50]


“Xan Əhmədlinski” kimi tanınan kriminal avtoritet Xəqan Zeynalov “Lotu Quli”ni otel nömrəsində kart oynayarkən vurub.

Mia.az xəbər verir ki, “Prime Crime” saytı məşhur qanuni oğrunun öldürülməsinin yeni təfərrüatlarını əldə edib.

Bildirilir ki, otaqda “Lotu Quli”dən başqa daha iki nəfər, o cümlədən onun cangüdəni olub.

Otağa daxil olan qatilə (Xəqan Zeynalova) heç kim əhəmiyyət verməyib, çünki o, çoxdan kriminal avtoritetin yaxın ətrafına daxil olmuşdu və etimadını qazanmışdı.

Beləliklə, otağa daxil olan X.Zeynalov Nadir Səlifovun gicgahına atəş açıb: “Zeynalov içəri daxil olanda arxası qapıya tərəf oturan “Quli” ilə yanaşı otaqda başqa iki nəfər də olub. Onlardan biri “Quli”nin cangüdəni olub, digəri ilə isə “qanuni oğru” kart oynayıb. Qatil içəri girəndə “Quli” çevrilərək ona tərəf baxıb, daha sanra kart oynamağa davam edib. Elə bu vaxt da Zeynalov ona atəş açıb. “Quli”nin cangüdəninin cavab atəşilə yaralanan Zeynalov hadisə yerindən uzaqlaşa bilib. Lakin o, polis tərəfindən Antalya-Dənizli yolunda yaxalanıb.”

“Primecrime.ru” portalı da digər mənbələr kimi, “Quli”nin qətlini 4 il bundan əvvəl İstanbulda öldürülən “Rövşən Lənkəranski” ləqəbilə tanınan Rövşən Caniyevə görə alınan qisas hesab edir.

Xatırladaq ki, qətldən əvvəl “Xan Əhmədlinski”nin oteldə “Lotu Quli”nin arxasınca getdiyini əks etdirən görüntülər yayılıb. Bu kadrları qatil qətli törətməzdən təxminən 30 dəqiqə əvvəl çəkib, ehtimal edilir ki, o, kadrları sifarişçiyə göndərib və bununla da “Lotu Quli”nin yanında olduğunu sübut etmək istəyib.

URA.ru portalı isə yazır ki, Sverdlovsk vilayətinin kriminal aləmi “Lotu Quli”nin öldürülməsindən sonra müharibəyə hazırlaşır. Yerli hüquq-mühafizə orqanlarından bildiriblər ki, Qulinin regionda nüfuzu böyükdür, ona görə də onun ölümündən sonra kriminal aləmdə hakimiyyət bölgüsü uğrunda mübarizə başlayacaq.

Bununla belə mənbə 90-cı illərdə olduğu kimi kriminal müharibənin olacağını gözləmir. Hərçənd “Rövşən Lənkəranski”nin öldürülməsindən sonra onun qruplaşmasının “Lotu Quli”nin tərəfinə keçən nümayəndələri indi yeni “boss”un kim olacağını gözləyir.

Nəşrin məlumatına görə, Qulinin yerinə indi üç “vor zakon” iddia edir: “Ded Xasan”ın qohumu, 47 yaşlı “Giya Sverdlovski” (Georgi Akoyev), “Avto” ləqəbli , 65 yaşlı Avtandil Kobeşavidze və “Əhməd Şalinski” ləqəbli, 39 yaşlı Əhməd Dombayev/virtualaz.org


Digər xəbərlər
SON XƏBƏRLƏR