İCRA BAŞÇISININ MÜAVİNİ VƏ ŞÖBƏ MÜDİRİ HAQDA DA HƏBS QƏRARI ÇIXDI

img

20-08-2020 [14:15]


Kürdəmirin icra başçısı Ceyhun Cəfərovla birgə saxlanılan icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın məlumatına görə, Binəqədi rayon Məhkəməsində onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb. Təqdimat təmin edilib və təqsirləndirilən şəxslərin hər ikisi barəsində 4 ay müədditinə həbs qətimkan tədbiri seçilib.  

Qeyd edək ki, ötən gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov saxlanılıblar. 

Bu gün Binəqədi rayon Məhkəməsində Kürdəmirin icra başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR