Əliağa Şıxlinskinin məzarı üstündə büstü qoyulacaq

img

20-08-2020 [12:43]


Azərbaycan generalı Əliağa Şıxlinskinin büstü qoyulacaq.

APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva məlumat verib.

O qeyd edib ki, ötən aylarda, generalın varislərinin müraciəti əsasında Mədəniyyət komitəsində görüş keçirilib: "Onların xahişi əsasında, generalın (və ailə üzvlərinin) Yasamal qəbirstanlığında yerləşən məzarının və ətrafının abadlaşdırılması, məzar üzərində büstün qoyulmasına köməklik göstərilməsi üçün əlaqədar qurumlara rəsmi məktubla müraciət etmişdik. Azərbaycan Əlahiddə Korpusunun yaradılmasında, Hərbiyyə Nazirliyinin və Azərbaycan Xalq Cümhuriyyəti Orudusunun təşəkkülü və formalaşmasında fədakarcasına çalışmış, ömrünün sonunadək vətəninə sədaqətlə xidmət etmiş görkəmli şəxsiyyətin xatirəsini əziz tutmaqla bağlı müraciətimiz öz müsbət həllini tapıb”.

Deputat bildirib ki, Nazirlər Kabinetindən bu məsələ ilə bağlı bütün işlərin yaxın zamanlarda və yüksək səviyyədə yerinə yetiriləcəyi barədə məlumat verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR