Təsadüf, yoxsa... - Onlar niyə eyni gündə öldürülüb?

img

20-08-2020 [10:37]


Xəbər verdiyimiz kimi, kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınmış Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

"Lotu Quli" Antalyada şam etdiyi şəxs tərəfindən öldürülüb. Bəzi məlumatlara görə, N. Səlifovu güllə ilə başından vuran şəxs Xan ləqəbli yaxın adamı olub.

Xan “Quli”nin ətrafında xeyli müddətdir ki, olub və ona yaxınlığı ilə seçilib. Quli xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Maraqlı məqam isə 2016-cı ildə elə Türkiyədə qətlə yetirilmiş digər kriminal avtoritet Rövşən Lənkəranski ilə “Lotu Quli”nin ölüm günündəki oxşarlıqdır. R. Lənkəranski 2016-il avqustun 18-də gecə qətlə yetirilib.

“Lotu Quli” isə bir gün fərq ilə 2020-ci il avqustun 19-da gecə saatlarında öldürülüb.

19 avqust 2013-cü ildə Türkiyədə qanuni oğru Əlibaba Həmidov (Qoca Yasamalinski) qətlə yetirilib. "Qoca"nın ölümündə Rövşən Lənkəranski, Rövşənin ölümündə "Quli" təqsirləndirilirdi.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb. /Lent.az


Digər xəbərlər
SON XƏBƏRLƏR