İTV telekanalı şairin həyat və yaradıcılığına videoçarx həsr edib:
Azərbaycanın ilk qadın Xalq şairi: əsilzadə kimi doğulan, yoxsulluğu dadan... - VİDEO, FOTOLAR
19-08-2020 [22:27]
Bu gün gözəl, zərif ürəkli ilk qadın Xalq şairimiz Mirvarid Dilbazinin doğum günüdür.
Ən uzun bənövşə ömrünü MİRVARİD xanım yaşadı - 89 il...
Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Ana, Mirvarid ciji...
Onun həyat düsturu təxminən belə oldu: "Əsilzadə kimi doğuldu, yoxsulluğu daddı, ayaq üstündə durmağı bacardı, zərif sevgi yaşadı, ayrılıqlara alışdı..."
Bütün bunların içində bağlandığı və əbədi könül verdiyi söz oldu.
İTV telekanalı şairin həyat və yaradıcılığına videoçarx həsr edib:
Şeirim qəlbinizə yol tapa bilsə,
Heç vaxt əyə bilməz bir kədər məni...
XATİRƏLƏRDƏ QALAN ÖMÜR
O, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir.
1912-ci il avqustun 19-da Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur.
Dilbazilər soyadı Nadir şahla bağlıdır. Mənası: “ürəkli adam”-deməkdir.
XVI yüzilin sonlarında Səfəvi-Osmanlı müharibəsinədək Qazax bölgəsində yaşamış çoxsaylı nəsil şəcərəsi olan tayfadır.
Mirvarid Dilbazi 1994-cü ildə çap olunmuş “Bənövşələr üstə göz yaşları” xatirələr kitabında yazırdı: “XVII, XVIII və XIX yüzilliklərin axırına qədər nəslimiz ziyalı mülkədar nəsli təmsil etmişdir...”
Məşhur Azərbaycan ədəbiyyatşünası Firudin bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” kitabında ana tərəfi Dilbazilər olan Kazım ağa Salik, Mustafa ağa Arif (Azərbaycan mühacirət ədəbiyyatının ilk nümayəndələrindən biri) haqqında məlumatlar qələmə almışdır ki, oların da nəsil şəcərəsi Dilbozlara gedib çatır.
Mirvarid xanım Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Samuel Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.
“Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi” və digər kitabların müəllifi olan şairə uşaqları çox sevirdi, onlar üçün “Nağıllar”, ”Şeirlər”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Bahar nəğmələri”, “Lalənin ağacları”, “Abşeron bağlarında” adlı kitablar yazmışdı.
Mirvarid Dilbaziyə 1979-cu ildə Azərbaycanda ilk qadın şair olaraq Xalq Şairi fəxri adı verilmişdi.
Mirvarid Dilbazi həmişə ana Vətəni, ana təbiəti və doğma anasını kövrək hisslərlə tərənnüm etmişdir.
İlıq küləklər əsdi,
Yar gəlməyə tələsdi.
Mənim ürəyim əsdi,
Anam yadıma düşdü...
Bənövşə dəstə-dəstə,
Qızılgül yarpaq üstə,
Sular axır ahəstə,
Anam yadıma düşdü...
YARADICILIĞI:

XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri — Xalq şairi Mirvarid Dilbazi 70 ildən artıq yaradıcılıq yolu keçmiş, lirikamızın rəngarəng və kamil nümunələrini yaratmışdır.
Onun yaradıcılığı mirvari dənələri kimidir – şəffaf, zərif, xoşagələn... Hansısa bir şeirini ürəyinə taxıb günlərlə, illərlə, bir ömür zümzümə edə bilərsən...
Mirvarid Dilbazi bir ömür şeir yazdı, amma heç vaxt torpaqdan qopmadı. Əksinə, torpağa sığındı, insanın torpaqdan yarandığını, torpaqdan cücərdiyini unutmadı. Həyatda da torpaq kimi sadə, torpaq kimi təvəzökar, torpaq kimi mərhəmətli oldu. Hərdən dənizə də oxşadı, coşub-daşdı, qəlbinin dupduru sularından, yosunların arasından ona lazım olan söz mirvarisini tapıb üzə çıxardı, bir ömür sözün pərvanəsi oldu. Od tutub yandığı vaxtlar da oldu, üşüdüyü zamanlar da...
“Qadınların hürriyyəti” adı ilə ədəbiyyata qədəm qoyan Mirvarid Dilbazi özü də hiss etmədən ədəbiyyatımızın ana obrazına çevrildi.
Şeirim qəlbinizə yol tapa bilsə,
Heç vaxt əyə bilməz bir kədər məni, - deyən şairə 40 kitabı ilə oxucunun görüşünə gəldi. Hər dəfə də yeni söz, yeni nəfəs, yeni arzu, yeni diləklə. Uca Yaradanın nəzəri, özünün nəcabəti, səmimiyyəti, həyat tərzi, zəhməti, istedadı, sevgisiylə xalqın istəyini qazandı. Xalqla arasında olan səmimiyyətə uzun ömründə kölgə düşmədi. Bu, çox az insana nəsib olan xoşbəxtlik idi, Mirvarid Dilbazi bunu bacardı.
Yazıçılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar Mədəniyyət İşçisi, Xalq Şairi fəxri adlarına layiq görülüb, “Şərəf nişanı”, “Qırmızı Əmək bayrağı”, “İstiqlal” orden və medallarla təltif edilib.
Ən uzun bənövşə ömrünü Mirvarid xanım yaşadı. 89 il...
Heç vaxt başqasına bənzəmədi, heç vaxt başqasına baş əymədi, onsuz da onun obrazında bənövşəyə məxsus bir boynubüküklük vardı, ömrünün ahıl çağında Qarabağ dərdi bütün dərdlərini üstələdi.Qarabağ nisgili ilə 2001-ci il iyul ayının 12-də dünyasını dəyişdi...
QISA ARAYIŞ:
Mirvarid Dilbazi XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. O, 1912-ci il avqustun 19-da Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olub.
O, APİ-nin dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil almışdır (1929). İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində çalışmışdır.
"Qadınların hüriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilmişdir. Bu dərgidə, o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şeirləri dərc olunmuşdur. Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutmuşdur. Bu illərdə şairənin yeddi kitabı çap olunmuşdur ki, bunların altısı Vətən müharibəsinə həsr edilmişdir. "Məhsəti" (1945), "Əlcəzairli qız" (1961), "Partizan Aliyə" (1972) poemalarının müəllifidir.
Şairin "Məhsəti" poeması süjetinin genişliyi,məzmun zənginliyi baxımından seçilən əsərlərindəndir. "Məhsəti" poeması məşhur rübai ustası M.Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir. "Əlcəzairli qız" əsəri real faktlar əsasında yazılmışdır. İkinci dünya müharibəsindən sonra Şərqdə genişlənən azadlıq hərəkatı, müstəmləkəçiliyə qarşı mübarizə yeni mərhələyə daxil olmuşdur. Bu illərin siyasi mənzərəsini diqqətlə izləyən şairə Əlcəzair hadisələrinin mərkəzində dayanan Cəmiləni və onunla bağlı azadlıq hərəkatını poeması üçün mövzu seçmişdir.
M.Dilbazinin şeirləri yalnız mövzu rəngarəngliyi ilə deyil, həmçinin forma müxtəlifliyi və fikrin bədii ifadəsi baxımından da yetkin sənət nümunəsi səviyyəsinə qalxmış, şeir xəzinəmizi zənginləşdirmişdir. M.Dilbazinin 70-80-cı illərdə "Bənövşələr üşüyəndə" (1970), "Ana qanadı" (1972),"Dağ çiçəyi" (1977), "Yasəmən fəsil", "Seçilmiş şeirlər" (1979) şeir kitabları və nəhayət, 3 cilddə "Seçilmiş əsərləri" (1982-84) çap olunmuş, ona Azərbaycanın Xalq şairi fəxri adını qazandırmışdır.
Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəsləmişlər.
Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.
1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş Mirvarid Paşa qızı Dilbazi 23 fevral 1979-cu ildə "Azərbaycan SSR Xalq şairi" fəxri adına layiq görülmüşdür.
O, iki dəfə "Şərəf Nişanı" ordeni ( 31 yanvar 1939; 9 iyun 1959), 17 avqust 1982-ci ildə "Qırmızı Əmək Bayrağı" ordeni, 23 fevral 1976-cı ildə "Azərbaycan SSR Əməkdar Mədəniyyət işçisi" fəxri adı, 18 avqust 1997-ci ildə "Əmək İgidliyinə görə" medalı" və "İstiqlal" ordeni ilə təltif edilmişdir.
Mirvarid Dilbazinin ədəbiyyatımıza bəxş etdiyi poeziya nümunələri bütün zamanlarda öz təravətini itirməyəcək və onun əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.
Nurlanə ƏLİYEVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raketi vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı
İran Hörmüz boğazında 10-dan çox neft tankerini vurub: "Vəziyyət tam nəzarətimizdədir"
ABŞ İran gəmisini vurub - 101 nəfər yoxa çıxıb, 78 nəfər isə yaralı halda xilas edilıb
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı
"Azərişıq” ASC-də yeni təyinat olub
Deputat: "Özündən həddən artıq razı məmurlar var" - "Parlament emosional qarşıdurma meydanı deyil" (MÜSAHİBƏ)
“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?
Martın 9-da buraxılış imtahanı keçiriləcək - DİM-dən xəbərdarlıq