Ceyhun Bayramov Çin səfirini qəbul etdi: nələr müzakirə olunub? + FOTO
19-08-2020 [20:38]
Avqustun 19-da Xarici İşlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri xanım Qo Mini qəbul edib.
XİN-dən Mia.az-a verilən məlumata görə, C.Bayramov Azərbaycan və Çin arasında qarşılıqlı anlaşma və etimada əsaslanan ən yüksək səviyyəli siyasi dialoqun mövcud olduğunu qeyd edib. Ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrindən bəhs edən nazir Azərbaycan və Çin arasında əlaqələrin siyasi, iqtisadi-ticarət, humanitar, səhiyyə və təhsil sahələrində inkişafından məmnunluq ifadə edib.
Q.Min Çinin Xarici İşlər naziri Vanq Yinin səmimi salamlarını və təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.
Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üzrə fikir mübadiləsi aparıblar. Ölkə rəhbərləri səviyyəsində səfərlərin iki ölkə arasında əlaqələrin inkişafına təkan verdiyi qeyd olunub.
Tərəflərin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı prinsipial mövqeyi vurğulanıb.
Ermənistan - Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi barədə qarşı tərəfə məlumat verən nazir xüsusilə cari ilin 12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən əvvəlcədən planlaşdırılan təxribat barədə danışıb. Ermənistanın bu növbəti təxribatının ölkənin hərbi-siyasi məqsədlərinə xidmət etdiyini və münaqişənin həlli üzrə substantiv danışıqlara mane olmaq məqsədi güddüyünü bildirib.
Görüş zamanı səfir Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət ifadə olunması ilə bağlı Çinin qəti mövqeyini diqqətə çatdırıb.
Q.Min Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın fəaliyyətini, xüsusilə pandemiya ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən irəli sürülmüş bir sıra qlobal təşəbbüslərin Çin tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Tərəflər habelə qlobal səviyyədə COVID-19 pandemiyası ilə mübarizə aparıldığı bir dövrdə beynəlxalq əməkdaşlıq və həmrəyliyin əhəmiyyətini qeyd ediblər. Çin tərəfindən göstərilən texniki dəstəyi vurğulayan nazir bunun Azərbaycan və Çin xalqları arasında dostluq ənənələrinə sadiq qaldığının bariz nümunəsi olduğunu qeyd edib və bu çətin günlərdə göstərilən dəstəyə və həmrəyliyə görə minnətdarlıq bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə müzakirələr aparılıb.
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb