Səfir: “ABŞ Azərbaycanın müstəqilliyini, sabitliyini və rifahını tam dəstəkləyir”

img

19-08-2020 [17:44]


“Bizim çatdırmaq istədiyimiz ismarıc aydın və davamlıdır: Azərbaycanın Avropa və qlobal enerji təhlükəsizliyinə və sabitliyinə verdiyi töhfə tərəfimizdən yüksək qiymətləndirilən müsbət öhdəliyin nümunəsidir”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger 2020-ci ilin Regional Enerji Təhlükəsizliyinə dair simpoziumda çıxışı zamanı deyib.

O bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın Sovet İttifaqından ayrılandan sonra əldə etdiyi müstəqilliyini, sabitliyini və rifahını tam dəstəkləyir: “Azərbaycanla ikitərəfli münasibətlər təhlükəsizlik sahəsində əməkdaşlıq, iqtisadi və enerji əməkdaşlığı və insan haqları və qanunun aliliyinə hörmət kimi üç əsas sütun üzərində qurulub.

Adını çəkdiyim sahələrin biri olan təhlükəsizlik üzrə əməkdaşlıq bu həftə keçirilən tədbirin mövzusudur. Hazırda Birləşmiş Ştatlar və Azərbaycan arasında davamlı təhlükəsizlik təşəbbüsləri mövcuddur ki, bunların sayəsində sərhəd təhlükəsizliyi, Xəzər dənizində mühüm infrastrukturun mühafizəsi, kibertəhlükəsizlik və transmilli terrorçuluğa qarşı mübarizə sahələrində gücləndirici fəaliyyətlər həyata keçirilir”.

Səfir qeyd edib ki, son iki ildə Birləşmiş Ştatlar Azərbaycana təhlükəsizliyin gücləndirilməsi üçün 100 milyon dollar məbləğində yardım ayırıb: “Bu məbləğin təxminən yarısı Xəzər dənizində nəzarət avadanlığı, kiçik gəmilər və dəniz infrastrukturunun təhlükəsizliyini və qorunmasını gücləndirən təlimlər keçirilməsi üçün istifadə olunur.   

ABŞ-ın Azərbaycana zəngin enerji ehtiyatlarının dünya bazarlarına çatdırılmasında və Avropada enerji təchizatının diversifikasıyasında göstərdiyi səyə verdiyi dəstək bizim dövlətlərimizin iqtisadi və enerji əməkdaşlığının zəminini təşkil edir.

Birləşmiş Ştatlar anlayır ki, Azərbaycan hazırda Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə əsasən neft ixrac edən dövlətdən daha çox təbii qaz ixrac edən dövlətə keçid dövrünü yaşayır. Azərbaycan həm də qeyri-neft iqtisadiyyatının diversifikasiyasa yönələn fəaliyyətləri həyata keçirməkdədir”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR