Biləsuvarda polis əməliyyatı: 3 nəfər saxlanıldı, bir qadındır

img

19-08-2020 [13:57]


Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində “Mercedes” markalı avtomobil şəhər ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, sürücü, Şəki rayon sakini R.Yəhyayev, sərnişinləri olan qardaşı Q.Yəhyayev və həmyerlisi G.Həsənova polis əməkdaşları tərəfindən RPŞ-yə gətiriliblər.

Şəxsi axtarış zamanı G.Həsənovadan 1 kiloqram 848 qrama yaxın heroin və 67 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub