Azərbaycanlı Rusiyanın məşhur şirkətinin prezidenti seçildi

img

19-08-2020 [12:15]


Rusiya Federasiyasının Rabitə və Kütləvi İnformasiya nazirinin keçmiş müavini Rəşid İsmayılov "VimpelCom"un ("Beeline" brendi) prezidenti seçilib.

 “TASS” verir ki, R. İsmayılov 2023-cü ilin avqust ayına qədər üç illik müqavilə imzalayıb.

O, 2014-cü ildən 2018-ci ilə qədər rabitə nazirinin müavini olub, daha sonra Rusiyada "Nokia" şirkətinin baş direktoru vəzifəsində çalışıb. 2019-cu ildən etibarən Runet Davamlı İstismar Qanunu çərçivəsində trafik filtrləmə sistemlərini tətbiq edən “Məlumatların İşlənməsi və Avtomatlaşdırılması Mərkəzi”nə rəhbərlik edib.

Qeyd edək ki, R. İsmayılov 2 noyabr 1965-ci ildə Bakıda anadan olub. Moskvadakı SSRİ Xarici İşlər Nazirliyinin internat məktəbini bitirib. İki ali təhsili var/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA