Qusarda 1.4 ton narkotik bitki məhv edildi - FOTOLAR

img

19-08-2020 [10:36]


Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Mia.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) Şahdağ Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Zindan-Muruq kənd ərazisində yabanı halda bitmiş yaş çəkisi 1 ton 360 kq olan 722 ədəd çətənə kolu aşkar olunub. 

Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR