Lukaşenkonun əsas rəqibi seçkinin nəticələrini tanımamağa çağırış etdi: "Hakimiyyətin dialoq yolu ilə ötürülməsi üçün..."

img

19-08-2020 [10:01]


"Mən sizi saxtalaşdırılmış seçki nəticələrini tanımamağa çağırıram”.

Bunu Belarusda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenkonun əsas rəqibi olan Svetlana Tixanovskaya “Youtube”da yayımlanan videomüraciətində söyləyib.

“Ölkəmdə hakimiyyətin dinc yolla ötürülməsinə imkan yaratmaq üçün hakimiyyətin dialoq yolu ilə ötürülməsi prosesinə başçılıq edən Belarus Milli Koordinasiya Şurasının yaradılmasına təşəbbüs etmişəm”, - o, əlavə edib.

Onun sözlərinə görə, Şura beynəlxalq müşahidə altında yeni ədalətli və demokratik prezident seçkilərinin keçirilməsinə təşəbbüs edəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR